Dünya var, həm də yoxdur, çünki dünyada yalnız nisbini görürsən, Mütləqi görmürsən, dünyanın dünyadan böyük mənası sənə yaddır, bü səbəbdən də əslində dünyasızsan!İnsanlısan, həm də insansızsan, çünki insanda yalnız nisbini, keçicini, ölümlünü görürsən, Mütləqi, sonsuzu, əbədini görmürsən, insanın insandan böyük mənası sənə yaddır!Vətənlisən, həm də Vətənsizsən, çünki Vətəndə nisbini görürsən, nisbinin arxasında duran Mütləq mahiyyəti […]


