Xəbərlər

Qutsal “Ruhani İdrak Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 48-ci ili

Qutsal “Ruhani İdrak Günü” Törəninin
Gediş Yazısı

Gün: 25 Çiçək Ayı;
Yer: İnam Evi (Qobu q.);
Başlanır: 14:00.

İnam Evi Ocaq ruhuna uyğun hazırlanır. Törənin hazırlıq işlərinə Nurtəkin Atalı sorumludur.      6 ideyanın rəmzi olaraq 6 məşəl yandırılır.

Hamı: “Ata Yolu – Ruhsal İdrak qaynağı!” – deyir.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – İnamlı,   “Ruh Üstə” içsözünü – Nurtəkin Atalılar söyləyirlər.

                            Ocaq Yükümlüsü Soylu Atalının Törən sözü dinlənilir.

 Törən qonuları:

  • Özümdən tələblərim, əməllərim.
  • İdrak eşqi – Mütləqə aparan yol.

Ocaqçıları düşündürən soruları Ocaq Yükümlüsü cavablandırır.

Törənə ruhsal hədiyyələr sunulur.

“Evladlıq Nişanələri”ni Ocaq Yükümlüsü Yol sözü ilə Ocaqçılara qaytarır.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatır.

                                                          Carlar:

İdrak eşqi – Mütləqə aparan yol!

Gediş Yazısını yazdı: Nurtəkin Atalı.
20  Çiçək  Ayı, 48-ci il. Atakənd.

 Qəbul olunur.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

20 Çiçək Ayı, 48-ci il. Saray-Soylu.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir