Ürəyinizdə Ata Günəşi olsun!
Deyirlər indi internet dünyasıdır, hər kəs istədiyini tapıb oxuya bilir. Özəllikcə Yapay Zəka (Süni İntellekt) hər bir məsələdə hər kəsin qolundan tutur, anındaca yardımına qoşur. Heç kim özünə zəhmət vermir. Şahanə bir rahatlıq varkən heç zəhmətə gərək də qalmır.
Telefon var, Yapay Zəka var, bəlkə universitetlər də qapansın. Hər kəsin yerinə Yapay Zəka düşünür, axtarır, bilgiləndirir. Bozbaş bişirə bilməyən qızlara bozbaş bişirmək öyrədir. Arvadına söz çatdıra bilməyənlərə söz öyrədir. Yata bilməyənlərə layla çalır. Bir sözlə, həyatımızın avanqardı, lokomativi, yolbaşıdır. Biz də durub qalın-qalın kitablar yazırıq, oxucu axtarıb yalvarırıq ki, kitablarımızı oxusunlar.

Doğrudan da yalvarırıq! Yalvarırıq ki, insanlar oxuyub özlərinə sual varsinlər: Mən kiməm? Mən niyə varam? Dünya nədir, ölüm nədir? Varlıq nə deməkdir? Doğrudanmı həyat bizi ölümə təhvil vermək üçün var? Bəs onda Tanrı nə deməkdir, nəyə gərəkdir? Sivilizasiya batmalıdırmı? Yenidəndoğulma, ölümsüzlük varmı? Namusun, şərəfin funksiyası nədə özünü ifadə edir? Kef, əyləncə xeyirxahlıqdan, mərhəmətdən üstündürmü? Toplum səfalət içində ola-ola, əyləncə yaradan əxlaqsızları niyə sevib alqışlayır? Şəxsiyyətin mühitinə sayğı olacaqmı?
Sayğılı oxucu, bu soruların cavabını Yapay Zəka vermək iqtidarında deyil. Bu bitiqi oxumaqla soruların cavabını tapacağına əmin ola bilərsən.
Uğurlar diləyirəm, gözlərinə, ürəyinə sağlıq.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!



