Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Ata Sonevini Ziyarət Günü” törəninin
Gediş Yazısı
İlsıra: 48-ci il;
Yer: Ağstafa sonevliyində Ata sonevi;
Başlanır: 14:00
Hazırlıq işlərinə Göytəkin, Nurtəkin Atalılar sorumludur. Gül-çiçək, çəkiliş üçün gərəkən şeylər.
- Sonevdə İnam Bayrağı asılır.
- Hamı: “Ata qarşısına gəldim, ruhani bəxtiyarlığa qovuşdum!” deyir.
- “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı Göynur, “Ataya Günorta Ricası”nı Bilən Atalılar deyirlər.
Ocaq Yükümlüsünün Törənə giriş sözü dinlənilir.
Törən qonusu:
Atanı Ziyarətim – Ata həqiqətləri üstə yenidən köklənməyim.
Ocaqsevərlər düşüncələrini bölüşürlər.
Törən Quralları yerinə yetirilir: “Mütləq” harayı; “Ölümlə Görüş”; “Aqibət” içsözləri oxunur. “Matəm üstə Mütləqlə Təmas” deyildikdən sonra Törən başa çatır.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!”.
Gediş Yazısını yazdı: Günev Atalı
30 İşıq Ayı, 48-ci il. Atakənd.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
30 İşıq Ayı, 48-ci il. Atakənd.



