Xəbərlər

Asif Ata İdealla söhbət

– Niyə Sən əlçatmazsan: məni cəlb edirsən, cəzb edirsən, çağırırsan, həm də daim məndən uzaqlaşırsan? Niyə sən gerçəklikdə özün olmursan, özünə bənzəmirsən, öz əksinə çevrilirsən?– Çünki mən SƏNİN hüdudsuz arzularından doğuram. Arzu­ların sonsuzdur, kamildir, ülvidir, ancaq hissiyyatın, mənə­­viy­yatın, idrakın hələ naqisdir, adidir, nöqsanlıdır. Sən qədim olsan da, özünü tapmamısan, özünə çatmamısan, özünün ali imkanlarından uzaqsan. […]