Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəninin Gediş Yazısı

Asif Atanın-İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq ilsırasının 44-cü ili“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törənininGediş Yazısı Gün: 23 Xəzan Ayı;Vaxt: 15:00. Təşkilatca sorumlu Göytəkin, Nurtəkin Atalılardır. Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü”nə uğurlaması dinlənilir. Törən qonuları: Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. Ata sözü: “Özümlük üçün Özündən keçmək – Özünütəsdiqdir.” “Ata Ruhunu Ürəyimizdə aparırıq!”,“Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” […]

Xəbərlər

Asif Ata İdrak

İnsan dünyanı əvvəl Ağılla dərk etdi. Ağıl dünyanı insana tanıtdı, canlıların, cansızların, Yerin, Göyün, tarixin, bugünün xüsusiyyətlərini insana anlatdı. Ağıl insana dedi ki, bunlar hamısı səndən kənardadırlar, sən onları öyrənməli və mənimsə­məlisən. Ağıl insana dedi ki, sən dünyaya uyğunlaşmalısan; dünya səndən böyükdür, genişdir, qüdrətlidir, sənin taleyin dünya­nın əlindədir. Sən özünün tələblərinlə dünyanın xassələri arasında uyğunluq […]

Xəbərlər

Asif Ata Mənəviyyat

İnsan anladı ki, özüylə, daxilindəki şər ehtiraslarla döyüş­mək lazımdır. Bu döyüş İmtina zəruriliyini yaratdı. İnsan Şərin vəd etdiyi səadətlərdən əl çəkdi, onları heç saydı. Onda hərcayi hisslərlə vidalaşmaq əzmi yarandı və o, daxili aləmini eybəcər­liklərdən təmizlədi. İmtina insana dedi ki, sənin daxilində hər şey sayılan, lakin heç nə olan duyğular da yaşayır. Onlar heçliklə səciyyələnən […]

Xəbərlər

Soylu Atalı Zəkanın demədikləri

(Fridrix Nitşenin “Antixrist” kitabına yönəlik düşüncələr) Bu günlərdə Fridrix Nitşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir sözlə, […]

Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin“Ailə Günü” Törəni

Asif Atanın-İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq ilsırasının 44-cü ili“Uluyol-Hünər” Ailəsinin“Ailə Günü” Törəni Ocaq Günsırası ilə 31 Od Ayı, 44-cü ildə “Uluyol-Hünər” Ailəsi növbəti “Ailə Günü”nü gerçəkləşdirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Hamınızı xoş gördük. Yenidən “Ailə Günü”ndə hamınızı bir arada görmək fərəhvericidir.Yaşantılarımla bağlı düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Bu ay Atadan az […]