Ocaq Günsırası ilə Asif Atanın Mütləqə İnam Ocağı 12 Sərt Ayı, 42-ci ildə (dekabr, 2020) Qutsal “Bəşərilik” Bayramını keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Bu gün Ocağımızın qutsal günlərindən biridir. Asif Atanın ölümündən sonra biz bu bayramları davamlı olaraq gerçəkləşdiririk. Bayramları, Asif Atanın sağlığında yazdığı ideyalar əsasında, sonradan biz gerçəkləşdirdik. Biçimini, […]

