Xəbərlər

Başsağlığı

Asif Atanın Mütləqə İnam Ocağı dəyərli aydın, rəssam Vaqif (Hüseynov) Ucatayın ölümü ilə bağlı ailəsinə, yaxınlarına, onu sevən öyrəncilərinə, sənət dostlarına dərin hüznlə başsağlığı verir. Vaqif Ucatay vətənini umacaqsız sevən, milli dəyərləri tanıyan, sevən, halal, doğruçu bir aydın idi. Balalarında, Yurdunda, Ulusunda yaşasın!

Xəbərlər

Amaldaşları Güntay Atalıya başsağlığı verdi

Asif Atanın Mütləqə İnam Ocağı Amaldaşları Güntay Atalıya atası Tofiq bəyin ölümü ilə bağlı dərin hüznlə başsağlığı verir. Tofiq bəy Ocağa yaxın idi. Onun ayıq baxışı, milli düşüncəyə doğmalığı Ocağımıza bəllidir. Tofiq bəyin bütün yaxınlarına, ailəsinə başsağlığı veririk. Kədərinizdə əyilməyin. Eliniz, yurdunuz var olsun deyirik.

Xəbərlər

Yeni kitab çapı

Asif Atanın (İnam Atanın) “Qutsal Quruculuq” adlı VI Bitiyi çapdan çıxdı. Bu Bitiqdə insanın özünü tanıma, yaratma yönü, Ocağın, bir Qurum olaraq, nizamı, çalışmaları bəlirlənmişdir. Eyni halda, insanın milli-bəşəri anlama doğmalaşması xətti, tələbi yer almışdır. Yaşam normal axara düşdüyündə Bitiq “milli kitab evi”nə, eləcə də başqa kitab evlərinə bağışlanacaqdır. Atamız Var olsun!   Mütləqə İnam […]

Xəbərlər

Soylu Atalı. Adamda ağalıq duyğusunun qaynağı

Tibb elminin bilgisinə görə insan orqanizmi havadan çoxsaylı mikroblar götürür. Sosioloji ifadələrlə desək, orqanizm bu mikrobları izolyasiya edib qulluğunda saxlayır. Başqa sözlə, orqanizm özünün  mövcudluğunu sürdürmək üçün qullanır. Orqanizmdə zəiflik yarananda həmin mikroblar zərərli mühitə çevrilməyə çalışırlar,  yəni xəstəlik yaradıcısına çevrilirlər. Sanki plantasiyalarda işlədilən qullar ilk fürsət düşəndə üsyan qaldırırlar. Bu açıdan yanaşanda ruhanilik-cismanilik təzadını […]