Xəbərlər

Ocaq səfərlərinin yeni soraqları

Mübarizə aparmaq üçün içdən Azərbaycanlaşmaq gərəkdir. Bunun üçün Azərbaycanın mənəvi-ruhani mahiyyətini özü üçün kəşf etmək, sevgisinin işığına çevirmək, bunu soydaşlarına çatdırmaq addımları atılmalıdır. Dəyərləri yaşamdan silinən, ələbaxan, onun-bunun buyruğuna yönəldilən,onun-bunun son sözünü təkrarlayan bugünkü Azərbaycanı heç kimə sevdirmək olası bir iş deyil. Belə bir Azərbaycan uğrunda heç kim içdən savaşmaq istəməz… Bu günlərdə Bilən Atalının […]

Xəbərlər

Soylu Atalı. 20 Yanvar dərsi

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]

Xəbərlər

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə. Neftçalalılara atıldı. Cəlilabadlılara atıldı. Naxçıvanlılara atıldı. […]

Xəbərlər

Soylu Atalı. DAİRƏLƏR

Asif Atanın “Dairələr” başlığı altında deyimi var: “Bəşər dairəyə düşüb, çıxa bilmir – Kapitalizm- Sosializm dairəsinə; Din-Ateizm dairəsinə; Totalitarizm- Demokratiya dairəsinə”. Məncə, bu dairələr bəşəriyyətin ruhaniyyatsızlıq sorunundan əmələ gəlir. Ya da nisbi ruhaniyyatçılıq sorunundan oluşur. Asif Atanın İnsanlıq ölçüsünə görə nisbi ruhaniyyatçılıq da elə ruhaniyyatsızlıq deməkdir. İnsanlığın ölçüsünə görə nisbilik anlayışı, yəni dəyişkən, yarımçıqlıq elə […]