Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 4 İşıq Ayı, 38-ci ildə (may, 2016) İnam Evində “Uluyol-Hünər” Ailəsinin II Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Amallaşma hesabatım. Keçən […]
Month: May 2016
Nurtəkin Atalı. Ruhsal Səfərlər İnsan sevgimizin sevincidir
Bu günlərdə Soylu Atalı ilə oxullarda görüş keçirmək istəyi ilə Sumqayıt şəhərinə yollandıq. İki oxulda olduq, hər iki oxul təhsil şöbəsinin icazəsinin gərəkliyini bildirdi. Onlara oxullarda toplantılar keçirməyi yasaq ediblər. Soylu Atalı bildirdi ki: “biz hər yerdə xalqımızın içində olmağa borcluyuq, olacağıq da, bunu heç kim bizə yasaq edə bilməz. Lap küçələrdə söhbətlər aparacağıq, milli-ruhsal […]
Qutsal “İdrak Günü” törənində deyilmiş fikirlər
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Qutsal “İdrak Günü” törənində deyilmiş fikirlər Ocaq Günsırası ilə 25 Çiçək Ayı, 38-ci ildə (aprel, 2016) İnam Evində “İdrak Günü” törəni keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Müqəddəs Günümüzə başlayırıq, mərasimi başlamazdan öncə Ocaqda ölənlərimizi anırıq: Sabahlı, Bağban, […]
Soylu Atalı. Türkiyə türkçülüyə qayıtmalıdır
Bu gün dünya siyasətçilərinin də, yazarlarının da, hətta sıradan adamlarının da diqqəti Türkiyəyə yönəlib. Bu diqqət – Ukraynaya, Gürcüstana, İrana, Suriyaya, İraqa, eləcə də başqalarına yönələn diqqətdən çox başqadır (fərqlidir). İndi araşdıra bilən də, bilməyən də, anlayan da, anlamayan da bir fikir səsləndirir: “axır ki Türkiyəni də bu oyunlara soxa bildilər”. Söz yox, bu fikir […]
Millətləşmənin İnamlaşma tələbi (Oxulda yeni görüş keçirildi)
Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün kürəsəlləşən dünya millətləşməyə qarşı davranır. Nəinki davranır, onu aradan qaldırmağa çalışır. Ortaya “vahid mədəniyyət” ideyası ataraq millətləşmənin zərərli olduğunu təbliğ edirlər. Əslində bu təbliğatın başında duranların özləri millətləşmə yolu keçənlərdir. Bu gün də onlar millətləşmə gedişlərindən qırağa durmayıblar. Ancaq millətləşmə yolu keçməli olanlara hər cür yollarla əngəl olmağa […]
Uluyol-Hünər Ailəsinin Aylıq Törəninin Gediş Yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 38-ci ili Nurtəkinin Yükümlüyündəki Uluyol-Hünər Ailəsinin Aylıq Törəninin Gediş Yazısı Yer: İnam Evi; Gün: 4 İşıq Ayı, Dözüm Günü; Başlanır: saat 16.00. Oda Törənin ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Ulusəs Atalıdır. Tədbir “Ata Ruhuna pənah gətirmişik!” səcdəsi ilə başlayır.

