– Sən əbədisən, möhtəşəmsən, sonsuzsan, əvəzsizsən, sənə səcdə qılıram.– Mən Sənəm, Özünü yaxşı tanı. Mən Səndə Varam.– Mən Sən ola bilmərəm. Ağlım naqisdir, hissiyyatım bulanıqdır, iradəm zəifdir, qədim olsam da, naşıyam, özümə ləyaqətli həyat qura bilməmişəm, yanlışlıqlar içərisində itmişəm, çox axtarıb az tapıram, yaratdıqlarıma sahib olmamışam, ehtiraslarımı cilovlamağı bacarmamışam, daxilimdəki şəri öldürməmişəm. Mən Sən deyiləm. […]


