Xəbərlər

Soylu Atalı. Siyasi Dünyanın ermənisi

Tanrıçılıq – Türkün Təbiətlə doğmalığından, birliyindən yaranan inancdır. Türk Tanrıçılığı dünya üçün müqəddəs bir nizam idi. Təbiət sevilirdi, bəslənirdi, qorunurdu. “Tanrı türkün həm balası idi, həm babası”(Asif Ata). Balasını əzizləyirdi, babasına arxalanırdı türk. Türk təbiət sevgisindən, Tanrı səsindən saz yaratmışdı. Sazı sinəsinə sıxanda Tanrının səsini eşidirdi – duyğuları təmizlənirdi, ürəyi saflaşırdı. Təbiəti saflıq ahəngi qoruyurdu.