Tanrıçılıq – Türkün Təbiətlə doğmalığından, birliyindən yaranan inancdır. Türk Tanrıçılığı dünya üçün müqəddəs bir nizam idi. Təbiət sevilirdi, bəslənirdi, qorunurdu. “Tanrı türkün həm balası idi, həm babası”(Asif Ata). Balasını əzizləyirdi, babasına arxalanırdı türk. Türk təbiət sevgisindən, Tanrı səsindən saz yaratmışdı. Sazı sinəsinə sıxanda Tanrının səsini eşidirdi – duyğuları təmizlənirdi, ürəyi saflaşırdı. Təbiəti saflıq ahəngi qoruyurdu.
Month: Mart 2020
Soylu Atalı. Kədərli müşahidə
Günəşli bir səhər olmasına baxmayaraq, Bakı şəhərində qəribə bir səssizlik hökm sürür. Hələ Bakını bunca donuq görməmişdim. Küçələrdə çox az adamlar gözə dəyir. Olanlarında da baxışlarından qorxunc bir ümidsizlik qaranlığı süzülməkdədir. Hamı ölüm qorxusu ilə boylanır, bir-birindən uzaq durmağa çalışır. Sanki ölümünün qaynağını, nədənini qarşısındakıı insanlarda görür, hürkək davranışlarıyla geriliyi xatırladırlar. Bu, həyatdırmı, ölümdürmü?! Bu […]
Türk türklə birləşsəydi…
Hamımızın Ata adlandırdığımız bir Ata var. Şair, yazıçı, tənqidçi, filosof, Mütləq İnamlı Mütləq Ata! Zərdüşt nurundan, Babək qüdrətindən, Dədə Qorqud müdrikliyindən, Nəsimi Ənəlhəqliyindən, Füzuli eşqindən, Muğam ehtizazından, Saz ecazından doğulub-yoğrulub bütləşib-mütləqləşib! Zəka, nur təfəkkürlü Atanı Midiya süqutu, Babək qətli, Çaldıran fəlakəti, Türkmənçay dağı, 28 aprel, 20 yanvar faciələri, insanlaşmama uçurumudur göynədən, Qəlbinin nuruna, idrakının qüdrətinə, […]
Ocağın irsi Milli Dövlət Arxivinə verildi
Ürəyinizdə Günəş olsun! Ocaq Günsırası ilə 12 Günəş Ayı, 42-ci il tarixində (12.03.2020) Asif Atanın yeni əlyazıları, eləcə də Mütləqə İnam Ocağının çalışmalarını əks etdirən çoxsaylı səs, görüntü materialları Milli Dövlət arxivinin eyniadlı şöbələrinə təhvil verildi. İllər öncə Asif Atanın əldə olan bütün əlyazıları – səs, görüntü materialları Milli Dövlət arxiivinə təhvil verilmişdir. Təhvil verilən […]
Ruhsal Quruculuq İlimiz uğurlu olsun!
Hər il olduğu kimi Asif Atanın Mütləqə İnam Ocağı Günsıra vizitini işləyib çap etdirib. Bu vizitlər görüşlərdə, səfərlərdə yurddaşlarımıza bağışlanır. Günsıra viziti aşağədakı biçimdə hazırlanıb: bir üzündə Ocaq-Türk abesinin latın abesi ilə qarşılıqlı qrafiki, o biri üzündə isə aylar və həftənin günləri əks olunubdur.
Soylu Atalının Amaldaşlarına müraciəti
Ürəyinizdə Ata Günəşi olsun, sevimli Amaldaşlarım! Bu gün bəşəriyyəti ölüm kabusu hədələməkdədir. Ancaq bu hədə bugünün əməli deyil, onilliklərin, yüzilliklərin antiinsani gedişlərinin sonucudur. Din yalanı, siyasət yalanı, münasibətlər yalanı, xalqlarası davranışların şəkilləndirdiyi etkilər yalanı, insana verilən qiymətlər yalanı, dövlətçiliyə baxış yalanı, ibadətlər yalanı insanın taleyini fəlakətlər içərisində saxlayır. Çeşidli oyunlar düşünülür. Ağalıq ehtirası yeni aşamalara […]





