Asif Ata hələ sağlığında əfsanəli bir insandı. Mən onu yalnız bir dəfə canlı görmüşəm – öyrənci vaxtlarımdı, Şəhidlər Xiyabanı səmtindən avtobusla ötürdüm, evladlarından biri ilə Şəhidlər Xiyabanına doğru addımladığını gördüm: – başı dik, üzü işıqlı, addımları mətin, özündən əmin və fərəhli..! Sonralar Asif Atanı yaxından tanıyanlarla söhbət etdikcə, öncələr oxumadığım əsərləri ilə tanış olduqca Asif […]
Day: Fevral 26, 2019
Soylu Atalı. Şəhidlər Xiyabanında
Min Şəhid ağladı içimdə bu gün, Min Şəhid ruhunu dağladı ahım. O qərib ruhlular Yurdunda sürgün, O Yurdsuz ruhlara ağladı ahım. O qanlı illərin ağrısı döndü, İçimdə alışdı, yandı çata-çat. Elə bil göylərin işığı söndü, Elə bil soyudu, dondu kainat. Daş gözlər gözümə dikildi səssiz, Elə bil min ildi donub baxışlar. Hər üzdə suallar oxudum […]
Araz Gündüz. OCAQ – İNSAN
Tarixin dolanbac yolları ilə irəlilədikcə, Türk kimliyimizlə bağlı çoxlu sayda müqəddəs dəyərləri itirə-itirə gəlmişik. Onlardan birini xatırlatmaq istəyirəm: “Ocaq” sözünü yalnız cansız obyektlərə deyil, insanlara da aid edərdilər. Biraz diqqətli olsanız, bir türkəsaya kişinin dilindən bugün də – vicdanlı, halal, müdrik, ən başlıcası isə, yardım üçün əl uzadan insanların müşküllərini yoluna qoya bilən, “kəramət sahibi” […]



