(Filosof Şamil Salehin ölümünə) Ölümü son sayırlar. İnsanlar həyatda ən çox dağınıq əhvalda yaşadıqları üçün bu sonu, sonluğu dərk eləmirlər. Bəlkə “son”u qaçılmaz olaraq, yoxluğa çevrilmə sayıb fərqinə varmırlar. Bəlkə buna görə, dünyanı fani sayaraq, gözəl dünya qurmağı ağıllarına gətirmirlər.Əslində isə ölüm mütləq sonluq deyil. Ölüm gəlir, bir ay, bir il göynədir, sonra qırağa durur. […]
Month: İyul 2022
Soylu Atalı Türkçülük dəyərdir – siyasi proses deyil
(Yusif Akçuranın “Türkçülüyün tarixi” kitabına yönəlik axtarışlar, düşüncələr) XIX yüzilin axırlarından başlayaraq “Türkçülük Axımı”nın yaranması Türk ulusunun yaşamında olduqca dərin bir aşama sayıla bilər. Bu axımın (hərəkatın) yaranması, ağır durumda, çətin ortamda bənzərsiz işlər görməsi nə qədər önəmlidirsə, onu yazıb sabaha çatdırmaq da bir o qədər önəmlidir. Keçmişimiz zəngin zəhmətlərlə dolu olduğu halda, biz o […]
Qutsal “Evlad Günü “ Törəninin Gediş Yazısı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 44-cü ili Qutsal “Evlad Günü “ Törəninin Gediş Yazısı Gün: 7 Od Ayı;Başlanır: saat 14:00. Hamı: “Evlad Ömrü – Qutsal Aqibətim!” – deyir. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Bilən, “Ataya Günorta Ricası”nı – Göytəkin, “Ruh Üstə” içsəsini – Nurtəkin deyir. Ocaq Yükümlüsü Soylu Atalının Törənə […]
Asif Ata Babəkliyimiz – Xürrəmdinliyimiz
I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, […]
Soylu Atalı. Babək – Özgürlük Simgəmizdir.
(Babək Günü ilə bağlı toplantıda çıxışdan) Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]




