Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı […]
Month: Fevral 2022
Qutsal “Yeni İl” Törəninin Gediş Yazısı
Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 44-cü ili Qutsal “Yeni İl” Törəninin Gediş Yazısı Yer: Günev Atalının evi (Biləcəri); Günsıra: 1 Günəş Ayı, Ümid Günü; Başlanır: 14:00 Törənin keçiriləcəyi oda Ocaq ruhuna uyğun hazırlanır. Törənin hazırlıq işlərinə Günevlə Göylü Atalılar sorumludur. Hamı “İnam soraqlı Yeni İlim, xoş gəldin!” deyir. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı […]
Soylu Atalı Milli Faciəmizin Xocalısı
Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü […]
Yeni Ruhsal səfərlərimiz
Ürəyinizdə Günəş olsun sayğılı soydaşlarımız. Asif Atanın Mütləqə İnam Ocağı özünün başlıca əməl gələnəklərindən biri olan ruhsal səfərlərini davam etdirir. Çağaşırı bölgələrə gedir, ayrı-ayrı soydaşlarımızla görüşlər keçirib Asif Atanın ideyalarından, milli-insani düşüncə yönündən soraqlar verir. Bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşı Bilən Atalının təşkilatçılığı ilə bölgəyə səfər etmiş, ayrı-ayrı insanlarla görüşlər keçirmişdir. […]
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” tədbirindəki çıxışlar
Ocaq Günsırası ilə 13 Köçəri Ayı, 43-cü ildə (fevral, 2022) Asif Atanın Mütləqə İnam Ocağının “Uluyol-Hünər” Ailəsinin sonuncu “Ailə Günü” toplantısını keçirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Keçən günlər içində, gələnəksəl olaraq, Ocaq işləri ilə uğraşmışam. Amallaşma yönündə Atanın kitablarından oxumuşam. Son günlər görürəm, çalışanda özümə vaxt ayıra bilirəm. Bu mənim özümdən […]
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” Toplantısı
Ocaq Günsırası ilə 30 Qar Ayı 43-cü ildə (yanvar, 2022) Asif Ata Ocağının “Uluyol-Hünər” Ailəsinin növbəti “Ailə Günü” toplantısı keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı:“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”nə xoş gəlmisiniz. Yaşantılarımla bağlı düşüncələrimi deyim. Ay içində Amallaşma yönündə Atanın kitablarından oxumuşam. Qıraq ədəbiyyatlardan da oxumağa başlamışam. Oxumaq […]







