Ocaq Günsırası ilə 22 İşıq Ayı, 43-cü ildə (may, 2021) “Uluyol-Hünər” Ailəsi “Ailə Günü” Törəni keçirdi. Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bu gün 22 İşıq Ayıdır, hamınızı Ailə Günündə xoş gördük. Ocaq tədbirlərinin önəmi böyükdür, hər zaman bizi kökdə saxlayır. Öncə bu aydakı yaşantılarım haqqında danışmaq istəyirəm. Bu ay, keçən aya […]
Month: İyun 2021
Asif Atanın “Mütləqləşmək – Var olmaq” Bitiyi çap olundu
Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Asif Atanın Mütləqə İnam Ocağı Türk Ruhaniyyatı açısından özünün işini, mübarizəsini davamlı olaraq gerçəkləşdirməkdədir. Bu günlərdə Asif Atanın Qutsal Onluğundan “Mütləqləşmək – Var olmaq” Bitiyi çapdan çıxmışdır. Bitiq Ocaq Evladlarının yatırımı ilə basılmışdır. Gələnəksəl olaraq, Asif Atanın Bitiqləri həm Milli arxivə, kitab evlərinə bağışlanır, həm də görüşlərdə, səfərlərdə ilgilənən soydaşlarımıza. […]
Soylu Atalı. Ruhaniyyat Insanlığın gerçəkləşməsidir
(Bibliya üstə düşüncələr – Fəlsəfi-ruhani araşdırma) Bu yazı İnsanlıq axtarışlarının doğru, əyri yönlərini araşdırmaq üçün bir çabadır. Biz hər bir kitaba, olaya yanaşmada Asif Atanın yaratdığı Mütləqilik ölçüsü ilə baxmağa çalışırıq. Xalqların öz içində Tanrısal sistemə yanaşmalarından doğan dünyagörüş məsələləri İnsanlığın keçdiyi keşməkeşli yolları tanımaqda yardımçı ola bilib, ancaq bütövlükdə İnsanlığı anlamağa yardımçı ola bilməyib. Çünkü […]
Yadigar Türkelin ölümü ilə bağlı başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı ünlü aydın, millətsevər, vətənsevər alim Yadigar Türkelin ölümü ilə bağlı bütün yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir. Yurdu, Ulusu var olsun! Ulusumuzda yaşasın!
Asif Atanın ölümündən 24 il keçdi
Ürəyinizdə Günəş olsun, sayğılı soydaşlarımız. Bu gün Mütləqə İnam Dünyagörüşünün yaradıcısı, Mütləqə İnam Ocağının Atası, Böyük Azərbaycan filosofu Asif Atanın ölümündən 24 il keçdi. Hər il olduğu kimi Ocaq Evladları “Asif Ata Sonevini Ziyarət Günü” mərasimi keçirdilər. Yaxın günlərdə mərasimin bütöv mətni saytımızda yerləşdiriləcəkdir.





