Xəbərlər

Soylu Atalı. İnam əsasında yaşamaq özünü yaratmaq deməkdir

(L.N.Tolstoyun “Etiraflarım” əsəri üstə)  90-cı illərin başında “Respublika Bilik Cəmiyyəti”ndə Asif Atanın silsilə görüşləri keçirilirdi. Bu görüşlərə Asif Ata “Fikir evi” adı qoymuşdu. Burada O, Azərbaycanın 7 Ruhani Fərəhi, 6 Böyük Kədəri kimi sistem halında yaratdığı baxışlarını izhar edirdi. Eyni zamanda özünün Dünyabaxışını qapsayan ideyaların hər birinə bir görüş ayırırdı. Hər bir görüş üç hissədən […]

Xəbərlər

Qutsal “Yeni İl” Törəni

Ocaq Günsırası ilə 1 Günəş Ayı, 43-cü ildə (mart, 2021) Asif Atanın  Mütləqə İnam Ocağı “Yeni İl” Törənini həyata  keçirdi.  Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaq Günsırası ilə 43-cü ilimiz xoş gəldi. Qutsal Günümüzdə Ocaqda ölənlərimizi, Ocaqda əbədiləşənlərimizi anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir. İndi Qutsal Günümüzün […]

Xəbərlər

İlin Törənlər Kitabı

Ürəyinizdə Ata Günəşi olsun, sayğılı oxucular. Bu kitab heç bir gələnəkdə olmayıb. Bu gün də belə bir kitab heç yerdə yazılmır. İnsanlığın, ruhani istəklərin ömürlərdə oluşması, bunun necəliyinin, yönünün dilə gətirilməsi yazıya alınıb kitablaş­dı­rı­lıbdır. Xalq ruhunun ayrı-ayrı bireylərində yaşaması, qarışıq, dolaşıq gedişlərdən, pozuntulardan ayrılaraq dəyərə çevrilməsi, mənəvi dəyərlərin yaşadılması xalqı gələcəyə aparan yaşam nizamı­dır. Asif […]

Xəbərlər

Asif Ata. BABƏKLİYİMİZ – XÜRRƏMDİNLİYİMİZ

I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar.İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq  –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.