Azərbaycanın, bir bölgə olaraq, taleyi çox mürəkkəbdir. Bu da onun adı, tarixi, keçmişi ilə bağlıdır. Adında milli bəlirti yoxdur, ruhsal anlamı ifadə olunmuşdur. Azərbaycan sözünün etimologiyası da biranlamlı deyil. Ona görə də müxtəlif düşüncələr, versiyalar ortaya çıxarır. Bu versiyaların (fars şovinizminin dediyini çıxmaqla) hər birində doğmalıq, uyğunluq var. Bu səbəbdən də heç birini dışlamaq, qırağa […]
Month: İyun 2020
Asif Ata. Ehkam İnamsızlığı
Deyirlər ki, cəmiyyətin inkişafı İdeyalardan yox, İstehsalatdan asılıdır. Bəs İdeyaların (İdrakiliyin, Mənəviliyin, İradəliyin) İstehsalata təsiri yoxdurmu? İnsan – İnsan olsaydı, quldarlıq istismarı olardımı? – Feodal istismarı olardımı? – Kapitalist istismarı olardımı? – Dövlət istismarı olardımı? Deyirlər ki, insani münasibətlər iqtisadi münasibətlərdən asılıdır. Bəs iqtisadi münasibətlər insani (iqtisadiyyatdan kənar) münasibətlərdən asılı deyilmi? İnsan – İnsan olsaydı, […]
Amaldaşları Göylü Atalıya başsağlığı verdi
Asif Atanın Mütləqə İnam Ocağı Göylü Atalıya bacısının ərinin ölümü ilə bağlı başsağlığı verir. Evindən işıq əskilməsin. Yurdu, Ulusu var olsun.
Asif Atanın ildönümü anıldı
Ürəyinizdə Ata Günəşi olsun, sayğılı yurddaşlarım! 23 il bundan öncə, Ocaq günsırası ilə 19-cu il, Şölə Ayının 5-də (miladla iyun 1997-ci il) Asif Ata aramızdan getdi. Olduqca çətin dönəmlərimiz başladı. Nə bir təcrübə vardı, nə də yetkin idrak adamları idik. Ancaq yenə də toparlanıb Onun Ocağını yaşatmağa, davam etməyə and içdik, söz verdik. Ayrı-ayrı hallarda […]
Soylu Atalı. Tərəqqi İnsana çatmır
Biz necə yaşayırıq, ya da biz hara gəlib çıxmışıq?! Bu suala cavab versək, sanki hər şeyin təbii axarla inkişafda olduğunu, inkişafla bərabər hansısa çatışmazlıqların da qaçılmaz olaraq yaşandığını dilə gətirməliyik. Baxın, öncəki yüzillərin birini özündən sonrakı ilə tutuşduranda, insanların ağlına gələn ilk düşüncə bu ola bilər: bəşəriyyət böyük gəlişmə (tərəqqi) yolu keçib. Hər halda insanlar […]




