Həyatda həqiqətlə yalan yanaşı yaşayır, bir-biriylə döyüşür, fəqət bu döyüş həqiqətin tam qələbəsiylə bitmir, yalanı həyatdan silmək olmur.Həqiqət deyir ki, dünyanın mahiyyəti dünyanın özündən böyükdür, bu səbəbdən də dünya göründüyündən artıqdır, yüksəkdir, alidir.Yalan deyir ki, dünya göründüyündən ibarətdir, onun mahiyyəti gerçəkliyə bərabərdir, bu səbəbdən də dünyanı dərk etmək – görünəni dərk etməkdir.Həqiqət deyir ki, insanın […]


