Xəbərlər

Soylu Atalının kitabı çapdan çıxdı

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün Soylu Atalının “Pıçıldayan Damcılar” kitabı çapdan çıxdı. Kitab “Elm və Təhsil” nəşriyyatında yığılmışdır. Kitabın elektron variantı asifataocagi.com saytında, “Soylu.A” bölümündə yerləşdirilmişdir.
Burada Soylu Atalının öz kitabına yazdığı “Ön Sözü” sunuruq.

Ön söz

Ürəyində Ata Günəşi olsun, sayğılı oxucu.               
Belə götürəndə şeir kitabı ilə görüşünə gəlmək istə­məz­dim. Çünkü mən şair deyiləm, olmaq istəyim olmayıb da. Məncə, Azərbaycan şeir planını çoxdan doldurub. Şeir yazmaqda, bir də müğənni istehsal elə­mək­də çox bərk gedirik. Balaca şöhrətlə pul hərisliyi bizim toplumumuzu şeirçiliyə, bir də müğənniçiliyə sürüyür. Bundan yaxa qurtarmaq gərəkdir. Qulaq-göz əzbərçiliyi ilə şeir yazanlar o qədər çoxalıb, Söz urvat­dan düşür.
Bütün bunlara baxmayaraq, mən də belə bir şeir kitabı ortaya çıxarıram. Bu şeirlər bədii cəhətdən mükəm­məl olmaya bilər. Ancaq burada mənim səmimi yaşantılarım var. Ayrı-ayrı anlarda, gerçəkdən, elə duyğular selinə bürünmüşəm, o hallarımı şeirvari ifa­də eləməli olmuşam. Mən Asif Atanı tanıyandan sonra hər yöndən (ilk çağlarda) çətinliklərlə, sarsıntı­lar­la üz-üzə qalmışam. Sərt təpkilərin arasından çıx­mışam, yanlışların içindən keçmişəm, ancaq bütün hallarda özümə doğru yürümüşəm. İnsanlığın qayğı­ları ağlıma, düşüncəmə oturduqca yerişlərim çətin­ləşib, ruhsal gərginliklərim ara vermədən sıxıntılar yaşadıb mənə. Bununla belə, Yolumdan dönmə­mi­şəm, vəzifəyə tamahlanmamışam, şöhrətə aldanma­mışam.
Bu dediklərim bu kitabımda bir çox cəhətləriylə özünü göstəribdir.
Aşırı duyğusal şeirlərim də vardı, sayı yüzə yaxın olub. Onları sildim, əlyazı biçimində belə saxlamağı uyğun saymadım. Amalımla, əqidəmlə səsləşən duy­ğu­larımı isə ürək qızdırıb səninlə bölüşmək istədim.

Ürəyinə təpər, gözlərinə sağlıq diləyirəm.

Ata Ruhu sənə yar olsun.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir