Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Göylünün Yükümlsü olduğu “Ulufərəh” Ailəsinin 36-cı ildə V Aylıq Mərasiminin Gedişatı Yer: Atagün Eli; Tarix: 26 Od Ayı, 36 il; Vaxt: 18.00.
Xəbərlər
Soylu Atalı. Akif Səməd – İşıqlı şeiriyyət yolçusu
Söz Tanrıdan sonradır. Ancaq Tanrını da tanıdan Sözdür. Ona görə Sözü Tanrı ilə cərgələşdirmək yox, vəhdətdə götürmək gərəkdir. Tanrı ilə vəhdətdə olan Söz hansı könüldə nəğmə qoşursa, o könül yiyəsi mürşidə çevrilir: Dərdi tanıyan, bəsləyən, sevən bir mürşidə; Dərddən ümid yaradan, ümidi könüllərə yazan bir mürşidə. Könül əhlinin dünyası dərd özüllü dünyadır, ona görə də […]
“ Qutsal Öyrənim Günü”ndə” deyilmiş fikirlər
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “ Qutsal Öyrənim Günü”ndə” deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 14 Od Ayı, 36-cı ildə “Qutsal Öyrənim Günü” tədbirini keçirdi. Tədbirin aparıcısı Göylü Atalı Ataya Səcdə ilə sözünə başladı: 12-ci “Qutsal Öyrənim Günü” tədbirimizi həyata keçiririk. Asif Atanın “Qutsal Onluğu”ndan […]
Üstün Atalı. Vətənləşən səfərlərim
Bəşər həyatını davamlı izləsək, görərik ki, insanlar çoxluq etibarilə öz yaşamlarında bir-birindən səthi məsələlərdə fərqlənirlər. Yalnız ayrı-ayrı insanlar səthilikdən çıxır, bənzərsiz ömür yaşamaq səviyyəsinə yetirlər. Bu da onunla bağlıdır ki, ali keyfiyyətlər daşıdığını anlayanda insan öz ömrünü məhz adilikdə məhdudlaşdırmaq istəmir. Bu insani ehtiyacdır.
Amaldaşları Günev Atalıya başsağlığı verdi
Amaldaşları Günev Atalıya başsağlığı verdi: Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Günev Atalıya anasının ölümü ilə bağlı başsağlığı verir və soyunun, Ulusunun aqibətinə Ata-İnam İşığı düşsün deyir! Asif Ata Ölümlə Görüş – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq.
Soylu Atalı. Qərb siyasəti qorxu təbliğatıdır
Uşağı böyütmək çox çətindir. Əslində ata, ana olmaq çətindir. Ancaq bu çətinliyi ananın yuxusuz qalmaları ilə, yaxud atanın dolanışığı təmin etmək üçün çəkdiyi əzablarla məhdudlaşdırmaq doğru deyil. Bunlardan daha ağır, daha çətin bir məsələ uşağı milli, insani ruhda böyütməyi bacarmaqdır. Təəssüf ki, bu məsələ demək olar ki, özünü doğrultmur. Çünki belə bir ənənə yaranmayıb.

