Ürəyinizdə Günəş olsun sayğılı oxucular! Asif Atanın Qutsal “İçdən Yaranma” BİTİQİ (kitabı) çapdan çıxdı. Kitab yaxın günlərdə Bakıda və Sumqayıtda çoxsaylı kitab evlərinə təqdim ediləcək və oxucuların ixtiyarına veriləcək. Bilgi üçün burada Soylu Atalının kitaba yazdığı ön sözü sunuruq.
Xəbərlər
Asif Ata. Bayatı işığı
Bayatı işığı I Ağlamaq – Ağlanmaq – Ağ olmaq – İşıqlanmaq deməkdir xalq idrakında. Bayatı – göz yaşı işığıdır, daxili aləmi duruldan. Ağlaya-ağlaya işıqlanıblar. Zülmətdən ayrılıb işığa düşüblər qədimlərimiz. Kədər göz yaşlarında tamlanıb, yuyulub, saflanıb. Göz yaşı yağıb daxili dünyaya və günəş doğub daxildə.
Ocağın arxivyaratma örnəyi
Ocağın arxivyaratma örnəyi Mütləqə İnam Ocağının gördüyü işlər sırasında müqəddəsatyaratma (arxivyaratma) əməli daha sistemli və dəqiq həyata keçirilir. Asif Atanın – Ocaqla bağlı ən sadə görünən əməlin belə, qorunub sabaha çatdırılması ilə bağlı tələbi var. Onun sağlığında Ocaq mərasimləri, keçirdiyi görüşlər əsasən lentlərə yazılırdı. Bunlar da ən çox səs yazılarından ibarət olurdu. Ata Dönəmindən qalan […]
Üstün Atalı. Ümidsizləşən Bölgələrimiz
Ümidsizləşən Bölgələrimiz İnsanın özünə münasibəti necədirsə, ətrafına da elə münasibət göstərir. Özünə inanan başqasına da inanır. İçində vətən, millət sevgisi olan başqasında da bunu yaratmağa, qorumağa çalışır. Ömür özü bir örnəkdir, yoldur. Yanımızda böyütdüyümüz övladlarımız insanın bütün keyfiyyətlərini – münasibətlərin qurulmasını, milli düşüncənin sözdə və əməldə ifadəsini ilk olaraq bizlərdə – valideyinlərdə görür.
“Türkdən Başlayan Yeni Bəşər İnamı” kitabı işıq üzü gördü
Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün dünyanı bürüyən haqsızlıq, ədalətsizlik ayrı-ayrı ölkələrdə insanların varlığını, həyatını fərqli və oxşar biçimlərdə təhdid etməkdədir. Fərqli biçim insanların ideoloji mübarizələrinə görədir, oxşar biçim isə insanlığı basqı altına alan Quruluşun bütün dünyada eyni xarakterdə olmasına görədir.
“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 36-cı ildə VI “Ailə Günü”nün Gedişatı
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 36-cı ildə VI “Ailə Günü”nün Gedişatı Gün: 1 Ata Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: 19.00 Tədbir Odası hazırlanır. Təşkilati işlərə sorumlu Üstün Atalıdır. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə “Ailə Günü” başlayır.

