Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Həyatilik

Həyat – maddinin, cismaninin ruhaniləşməsidir.Buna görə də o, əşyavariliyə və vəhşivariliyə ziddir.Əşyavarilikdə insan maddiyyat səviyyəsinə enir.Vəhşivarilikdə o, heyvanat səviyyəsinə enir.Hər ikisində yaşayış ruhanilikdən məhrum olur.Əşyavarilikdə insan cansızlaşır, əşyalaşır, özünə sahib ol­mur, özündən kənardakından, özünə yaddan asılı olur, şə­raitin, cəmiyyətin alətinə çevrilir, istənilən şəklə salınır, oyna­dılır, özümsüzləşdirilir, yaşamadan öldürülür, düşüncələ­rində, duyğularında, hərəkətlərində zəruriyyət, labüdlük adlanan məhdudiyyətə […]

Xəbərlər

Qutsal “İnam Evi Günü” törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 13 Yağış Ayı, 47-ci ildə (noyabr, 2025) Qutsal “İnam Evi Günü” törənini gerçəkləşdirdi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaqda ölənlərimizin adını anırıq: – Sabahlı, Bağban, Amaltay bizimlədir. Qutsal Gün’ümüzə başlayırıq. Biz “İnam Evi Günü”nü Asif Atanın ölümündən sonra […]

Xəbərlər

Asif Ata. Ölümdən Yüksək Yaşamaq

Ölümün məqsədi İnsanı heçə çevirməkdir.İnsanın məqsədi ölümü dəf etməkdir.Ölüm insanı cismani varlıq kimi tanıyır və öldürür. İnsan ruhani varlıq kimi ölümə qalib gəlir.Ölüm dünyanın yaratdıqlarını məhv edə bilir, insanın yaratdıqlarını məhv edə bilmir.Ölüm maddinin qənimidir, ruhaninin qənimi ola bilmir.Maddi ölümə tabe olur, ruhani ölümə tabe olmur. Ruhanilik – ölümsüz mövcudluq yaradır.İnsan ölümdən sonra yaşaya bilir, […]

Xəbərlər

Qutsal “Yeni il” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq İlsırasının 48-ci ili Qutsal “Yeni il” TörənininGediş Yazısı Yer: İnam Evi (Qobu q.);Günsıra: 1 Günəş Ayı;Başlanır: 13:00 İnam Evi Ocaq ruhuna uyğun hazırlanır. Törənin hazırlıq işlərinə Nurtəkin, Göytəkin Atalılar sorumludur. 6 ideyanın rəmzi olaraq 6 şam yandırılır. Hamı: “Yeni il – Yenilənən ruhsal başlanğıc!” deyir. “Təbiətdəki Mütləqlə […]

Xəbərlər

Asif Atanın 90 illik Törəni

Ocaq Günsırası ilə 25 Ata Ayı, 47-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı Asif Ataya 90 illik Anım Törəni keçirdi. Quralların yerinə yetirilməsindən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə edərək sözünə başladı: Dəyərli qardaşlar, bacılar hər birinizə dərin sayğılarımı bildirirəm. Zəhmət çəkib gəlmisiniz. İndi mən sizə Asif Atanın işi, yolu ilə bağlı bəzi məsələləri […]

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata. Özündən Yüksək Yaşamaq

Sən, insan, özün olmaq üşün, özünə çatmaq üçün özündən yüksəyə qalxmalısan!Çünki necə varsansa – azsan, mahiyyətdən aşağısan, məhdudsan, özündən uzaqsan.Çünki sənin gerçək mövcudluğun sənin Mütləq mövcud­luğundan hədsiz dərəcədə aşağıdır. Çünki sən öz gerçək mövcudluğunda nöqsanlısan, sonlusan. Bu səbəbdən də özünlə kifayətlənə, özündə dayana, qala bilməzsən. Sənin daxili dünyanda yırtıcılıq, vəhşilik yaşayır. Bu ehtirasla sən özünə […]