Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Atayla Görüş (90-cı illərdə)

(Kamançanın ifasında Ata “Doğmalarıma” izharını oxuyur, sonda alqışlar). Xarici gözlə baxanda Azərbaycan balaca görünür. Daxili gözlə baxmaq lazımdır Azərbay­cana. Heç bir mənanı xarici gözlə görmək olmaz, Mənanı yalnız daxili gözlə görmək olar. Daxili gözlə baxanda Azərbaycan böyük görünür.

Xəbərlər

Asif Ata Cəmiyyətlə Görüş

İnsan başqaları ilə birgə yaşamağa can atdı: o, kiminsə əlindən tutmalıydı, kiməsə həmdəm olmalıydı, həm də öz gücünü artırmalıydı.İnsan belə hesab edirdi ki, cəmiyyətdə onun ruhani qüdrəti daha parlaq şəkildə meydana çıxacaq. Bir sözlə, insan cəmə qovuşdu, cəmin içindən özünə başçı seçdi, onu fərqləndirdi, yüksəltdi. Ona inandı. Hamılıqla təbiət üzərində qələbə çaldılar, dünyaya sahib oldular. […]

Xəbərlər

Asif Ata Mütləq

Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə, İd­rak­da, Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində, Bəşərin Özündən Böyük Mənasında, Ürəyin Ürəyə Qovuşmaq Arzusunda, İdeala qarşısıalınmaz Meyildə, Dost­luq­da, Həyada, İsmətdə, Dünənlə Bugünün Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin Əfsunlu  Cazibə­darlığında Əbədi, Sonsuz Mütləq yaşayır. Mənim Allahım Odur! Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan Yüksək və Kamil olan Mütləq! […]

Xəbərlər

Soylu Atalı Zelenskini suçlayanlara

İstənilən olay kimi, Rusiya-Ukrayna savaşı da, dünyada da, bizim toplumumuzda da fərqli baxışlar ortaya çıxarıb. Hər bir baxış yiyəsi də öz baxışını ədalətli sayır. Bu da doğaldır, kimsə baxış sərgiləyirsə, baxışını haqlı saymalıdır. Bir kəsim deyir, Ukraynanın dövlət başçısı Batının oyununa gəldi, ara yerdə Ukrayna xalqı fəlakətlərlə üz-üzə qaldı. Bir kəsim deyir, Ukraynanın başqa yolu […]

Xəbərlər

Soylu Atalı Narahat taleyin ümid axtarışı

 Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə! Narahat taleyin ümid axtarışı (Ernest Hemunqueyin “Qoca və Dəniz” əsəri üstə düşüncələr) Bəşəriyyət yaradıcı olduğu halda, yaradıcılığı fövqəltəbii qüvvələrin işi hesab elədi. Bəşər övladı kainatın ahəngini seyr elədikcə ağlının məhdud olduğunu düşündü və düşündükcə bu ona əzab verdi. Sarsıldı, çaşdı, qorxdu – özünü küçümsədi. […]