

Related Articles
Yeni Ocaq səfərləri
Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşı Günev Atalı ilə bölgələrə səfər etmişdir. Amaldaşları Bilən Atalının təşkilatçılığı ilə bir neçə görüş keçirmişlər. Görüşlərdə Asif Atanın işi, ideyaları, Ocağı haqqında bilgilər verilmiş, insanlarımızda ciddi maraq oyatmışlar. Eləcə də, Yurdumuzda, dünyada baş verən olaylarla bağlı Ocaq açısından baxışlar sərgilənmişdir. Görüşə qatılanlara Ocaq ədəbiyyatları bağışlanmışdır.
Soylu Atalı (Mütləqə İnam Ocağının Yükümlüsü). Milli Dəyərlərin soyqırımı
Tarixdən bəllidir ki, Babəkin İslam xilafəti tərəfindən amansız edam edilməsindən sonra Azərbaycanda müsəlmanlaşdırmanın yeni mərhələsi başladı. Yəni başların doğranması üsulu psixoloji basqı altında təlqin eləmə, eləcə də namusu hədələmə üsulu ilə əvəzlənməyə yönləndi. Sonrakı mərhələdə xalqın içində gələcəyi çaşdıran ənənələrin əsası qoyuldu. Bu ənənələrdən biri də “seyidləşdirmə” ənənəsi idi. Peyğəmbərin soyuna bağlı adamlar, onun yaxın […]



