Xəbərlər

Qutsal “İnsanilik” Bayramı

Ocaq Günsırası ilə 15 Günəş Ayı, 44-cü ildə (mart, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “İnsanilik” Bayramını gerçəkləşdirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal  Günümüzə başlayırıq. Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı  “İnsanilik” Bayramını gerçəkləşdirir. Bayramın mərasim hissəsi var, bədii hissəsi var. Mərasim […]

Xəbərlər

Asif Ata Milli Hökumətin Devrilməsi

Asif Ata: (Üzünü zala tutub) Ürəyinizdə Günəş Olsun! Onda ən soyuq havada belə üşüməzsiniz. Azərbaycanlılar dünyanın arxasına düşəndə uçuruma düşdülər. Azərbaycan dünyanın əks-sədası olanda səsi batdı. Azərbaycan dünya adlanan dairəyə düşəndə çıxa bilmədi. Azərbaycanlılar özümlü olmayanda özgələşdilər. XX əsrdə dünya Rusiya idi və dün­ya Avropa idi. Avropadan səs gəlirdi, Şərqdə əks-səda verirdi. Şərqin fəlakəti onda […]

Xəbərlər

Asif Ata Deyimlər (“Rəmzlər” Bitiyindən)

AYIQ – KEFLİ.  Kefli İsgəndəri eşitmədilər. Çünkü kefli idi­lər. İçərilərində ayıq olan bircə adam vardı: Kefli İsgəndər. ALLAHLILAR. “Mənəm Allah!” – deyənlər  əslində Allahı ən çox sevənlərdir. KOROĞLULUQ. Koroğlu Həmzəyə inanmasaydı – Koroğlu yox, Həmzə olardı.  DİV ÜRƏYİ. Divin ürəyi özündən qıraqdadır, bu səbəbdən də qəddarlığında sərbəstdir.  İSANIN ANASI. Məryəm – adi qadın idi, ancaq İsanın anasıydı. Bu səbəbdən […]

Xəbərlər

“Ruhsal İdrak Günü” Törəninin Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq İlsırasının 44-cü ili “Ruhsal İdrak Günü” Törəninin Gediş Yazısı Gün:25 Çiçək Ayı, Arzu Günü; Başlanır: saat 14.00. Törənə təşkilatca sorumlu Göylü, Nurtəkin Atalılardır. Hamı: “İdrak ölçümüz  – Ata Həqiqətləridir” deyir. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı Göylü, “Ruh üstə” içsəsini – Nurtəkin Atalılar […]

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata
Xəbərlər

Asif Ata Ehkam İnamsızlığı

Deyirlər ki, cəmiyyətin inkişafı İdeyalardan yox, İstehsalatdan asılıdır. Bəs İdeyaların (İdrakiliyin, Mənəviliyin, İradəliyin) İstehsalata təsiri yoxdurmu? İnsan – İnsan olsaydı, quldarlıq istismarı olardımı? – Feodal istismarı olardımı? – Kapitalist istismarı olardımı? – Dövlət istismarı olardımı? Deyirlər ki, insani münasibətlər iqtisadi münasibətlərdən asılıdır. Bəs iqtisadi münasibətlər insani (iqtisadiyyatdan kənar) münasibətlərdən asılı deyilmi? İnsan – İnsan olsaydı, […]