Dünya Gənc Türk yazarlar Birliyinin “Türkün səsi” kitabına rəy verərkən mən “Türkün səsi”ni türk ruhunun ucalığında görmək arzumu çatdırmaq istəyirəm. Dünyada ən böyük ərazisi olan türk, öz torpaqlarında, yüzillərlə türk millətini əsarətdə saxlayan yad qüvvələrə, onların dini və siyasi imperiyalarının mövcudluğuna dözür nədənsə. “Dünya ağaları” türkün böyüklüyünü qəbul etmir, əksinə, türkü məhv etmək zoruyla yaşayırlar. […]
Bu gün toplumun əsasən bir qonusu var: devalvasiya, iqtisadi böhran. Ancaq böhran toplumun yaşamına tam girməyib, toplumun üzərinə düşən böhranın kölgəsidir. Bu da əslində sonucdur. Daha doğrusu, sonucun başlanğıcıdır. Böhran isə 20 ildən artıqdır yaşanır. Bu çağacan siyasal yönətim (idarəetmə) böhran pillələri yaratmaqla uğraşırdı. İndi ilk həşirə düşən də siyasal yönətimin başında duran harın şəbəkənin […]
Mütləqi tanımaq! Ulunu tanımaq! Ruhlunu tanımaq!Torpaqda doğmalıq kəşf etmək! Dağlarda ucalıq kəşf etmək! Ürəyi riqqətə gətirmək! Üzü şəfəqə bürümək!Peyğəmbəranə söz müqəddəsliyi! Aşiqanə göz müqəddəsliyi! Ata müqəddəsliyi! Ana müqəddəsliyi! And müqəddəsliyi! El müqəddəsliyi! Ev müqəddəsliyi! Vəcd müqəddəsliyi! Ehtizaz müqəddəsliyi! Dil müqəddəsliyi! Sirr müqəddəsliyi! Ülviyyət müqəddəsliyi! Mütləqlə görüş müqəddəsliyi! Özüylədöyüş müqəddəsliyi! Mənəvi imtahan müqəddəsliyi! İmtina müqəddəsliyi! Günəş […]