Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin 38-ci ildə V “Ailə Günü”nün Gediş Yazısı Gün: 24 Od Ayı; Yer: Təbiət; Başlanır: 10.00. Yer Mərasimin ruhuna uyğun biçimdə hazırlanır. Təşkilatca işlərə Göylü və Güntay Atalılar sorumludur. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır.
Göylü Atalı: Ürəyinizdə Günəş Olsun! Bu gün İran dövlətinin yörəsində gedən proseslər Güney Azərbaycanın taleyinə birbaşa etki göstərir. O Tay, Bu Tay Azərbaycana siyasi və mənəvi basqılar da artır. Bu nə ilə bağlıdır?! Bu suala cavab almaq üçün əslən Təbrizli Ağşın Ağkəmərlinin, Abil Ulusoyun, müxalif düşərgədə tanınmış aydın Xaliq Bahadırın və Mütləqə İnam Ocağının Yükümlüsü […]
Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bölgəyə səfəri zamanı Ocağa yeni Evlad qəbul eləmişdir. Artıq üç aydırTeyyubova Şəfa Ocaqdan Göytəkin adını alaraq Asif Atanın ruhani hərəkatına qoşulmuşdur. Bu səfərdə Ocaq qurallarına uyğun olaraq qəbul törəni keçirilmiş, onun Ocaqçılığı təsdiq olunmuşdur (Evladlıq Nişanəsi özünə təqdim edilmişdir). Uğurlar, Başarılar diləyirik! Ocağımıza xoş gəldin!