Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün Asif Atanın “Görmək İnsaniliyi”, Soylu Atalının “Söz İşığı” kitabları çapdan çıxdılar. Kitablar “Elm və Təhsil” nəşriyyatında yığılmışdır. Hər ikisinin elektron variantı asifataocagi.com saytında yerləşdirilmişdir. Soylu Atalının kitabı “Soylu.A” bölümündə, Asif Atanın kitabı isə “kitablar” bölümündədir. Burada Soylu Atalının Asif Atanın kitabına yazdığı “Ön Sözü” sunuruq.
Xəbərlər
Soylu Atalı. Millətçilik – Dirçəlişimiz, Dirənişimiz
Əsil Millətçilik odur ki, başqa millətlərin əksikliyini istəmiyəsən. Doğruçu millətçilik humanizm anlayışının mənası ilə təndir. Başqa millətlərə qarşı yağı düşüncələr sərgiləmək, insanlığa uyğun olmayan çağırışlar eləmək, bunu da güya öz millətinin xeyiri üçün eləyirmiş kimi görüntü yaratmaq – şovinizmdir, faşizmdir, Millətçilik deyil. Yazımıza nədən belə bir qısa giriş verməklə başlayıram?! – Mən Millətçiyəm, Vətənimi, onun […]
Soylu Atalı. Erməni dəyirmanında Azərbaycanın çıxarları üyüdülür
“Siyasət” anlayışı – dövlətin, istər içəridən, istərsə də dışarıdan qorunması ilə, eləcə də dövlətin toplumu yönətimi ilə bağlı yozulan, qiymətləndirilən bir anlayışdır. Ancaq olduqca mürəkkəb, qarışıq-dolaşıq çalarlarla özünü göstərir. Bu anlayışın təsiri ilə formalaşan münasibətlər, sərgilənən düşüncələr, verilən vədlər yüzdə doxsan beş yalana dayanır, saxta olur. Bunu hamı bilir, ancaq hamı bununla barışır. “Elə-belə də […]






