Bəşəriyyət çox mürəkkəb bir dönəm yaşayır. Bu dönəmdə bütün gedişlər İnsanlığı qorxu altına alır. Bir yandan elmin, texnologiyaların gəlişməsi, bir yandan da dinə qayıdış anarxiyanı artırmaqdadır. Ancaq anarxiya elmin, texnologiyanın gəlişməsi ilə dinə qayıdışın təzadından yaranmır. Əslində yaşamamızda yürüyən bu iki gəlişmə(elm, texnologiya-din) heç bir-birinin yanlışlarına qarşı mübarizə aparmırlar da. Bu iki gəlişmə bir-biriylə döyüşməklə […]
Xəbərlər
Soylu Atalı. İşğala qarşı hiddətimiz böyük gücə çevrilməlidir
21 may – çox qəribə olaylar yaşandı. Ermənistan özünün ikinci dövləti saydığı Qarabağda yeni prezidentinin andiçmə mərasimini keçirdi, özü də Şuşa şəhərində. Güneyli, Quzeyli bir çox Azərbaycan insanları, hətta Türkiyədən ayrı-ayrı insanlar ağır, gərgin hallar yaşadılar. Azərbaycanın dövlət başçısına, Qoruma Baxanına yalvaranların halını da sosail şəbəkələrdən izləyə bildik. Hamı “vur, qoyma belə bir biabırçılığı […]
Soylu Atalı. Bizi arxiv xalqı kimi düşünənlərə dur deyək
Dərdi yazmaqla sağalmaz. Ancaq böyük dərd sözə də sığmır. Yazmaqla bitməz. Böyük dərd Vətənin dərdidir – Vətən dərdidir. Nə qədər ki, Vətənin sorunlarını aradan qaldırmaq uğrunda əsaslı mübarizə getmir, bu dərdi yazıya almaq, tanımayanlara da tanıtmaq istəyirsən. Dərdi tanıtmaq isə qeyrətin oyanışı üçün olmalıdır, arxayınlaşmaq üçün yox. Bizim dərdimiz bir deyil, çoxdur. Hansını daim gündəliyə […]
Soylu Atalı. Özünəyadlaşmanın tarixi faciələri
On illərdir, Azərbaycanın qədim məbədlərini, konkret kilsələrini istər ermənilər, istər gürcülər mənimsəməkdədir. Vətənsevər azərbaycanlılar da tarix uçqunlarının altından faktlar axtarıb bu məbədlərin bizim olduğunu sübut eləməyə çalışırlar. Ermənilər soydaşlarımızı tarixi dədə-baba torpaqlarından qovdular, özü də minbir içgəncələrlə. İndi də dünyaya bağırırlar ki, o yerlər əzəli erməni torpaqlarıdır. Yüz illərlə, bəzən də min il yaşı olan […]
Soylu Atalı. Borçalının haqqını tanımaq gərəkdir
İllər öncə bir yazı yazmışdım: “Borçalı Vətəndir, Vətənlə oynamaq olmaz”. Yazı 9 il öncə yazılsa da, bu gün də olduqca aktualdır. Çünkü heç bir problem həllini tapmır. Əslində bu problemlərin köklü həllinə heç çalışılmır da. Ona görə də köhnə problemlər yeni faciələr doğurur, hətta gələcək üçün çıxılmazlıqlar yaradır. Hər yerdə, hər zaman, istər toplantılarda, istərsə […]


