Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq ilsırasının 44-cü ili “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəninin Gediş Yazısı Gün: 16 Çiçək Ayı; Vaxt:15:00. Təşkilatca sorumlu Göytəkin Atalıdır. Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü”nə uğurlaması dinlənilir. Törən qonuları: Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. Ata sözü: Dində Məsuliyyət – Günahdan Yaranır. İnamda Məsuliyyət – Günahsızlıq Yaradır. “Ata Ruhunu […]
Qutsal “Yeni İl” Törəni
Ocaq Günsırası ilə 1 Günəş Ayı 44-cü ildə (mart 2022) Asif Ata Ocağı Qutsal “Yeni İl” Törənini gerçəkləşdirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı. Qutsal Günümüzə başlayırıq. Ocaqda ölənlərimizi – Sabahlını, Bağbanı, Amaltayı anırıq. Onlar bizimlədir, həmişəlik. Onları yanımızda bilirik, Ocaqda sayırıq. Günümüzün çox özəllikləri var, bunları […]
Soylu Atalı İnamsızlıq Şəri
(H.Cavidin “İblis” əsəri üstə) Dünyanın İnsanilik ahənginin pozulması bəşər dühalarını həmişə ağrıdıb, sarsıdıb, düşündürüb. Məkrin, xəyanətin, cinayətin insani münasibətləri kölgədə qoyması əzab verib, ağrıdıb müdrik ürəkləri. Dünyaya yayılan, gözəllikləri viran qoyan şər niyyətləri, bəd əməlləri tanımaq və tanıtmaq üçün klassiklər qüdrətli idrak nümunələri ortaya qoyurlar. Şərin sonsuzlaşmaq istəyini məhdudlaşdırmaq üçün dahi ürəklərdə qaynar ehtirasların baş […]
Nurtəkin Atalı İnamın bilinmə aşamaları
Asif Ata Ocağının sorağı yayıldıqca ayrı-ayrı maraqlanan insanlar vaxtaşırı İnam Evinə üz tuturlar. Burada onlara Ata və onun Amalı haqqında geniş bilgilər verilir və əlavə olaraq Ocaq ədəbiyyatları təqdim olunur. İndi bu görüşlərdən biri haqqında oxuculara qısaca soraq vermək istəyirik. Bu günlərdə Türkiyəli öyrəncilər Göybəy və Atilla, onlarla eyni vaxtda Azərbaycan türkü Kamran bəy İnam […]
Asif Ata Tarixə çatmaq (III. Ənəlhəqliyimiz)
FATEH ƏMƏLSİZLİYİ Əməlsizdir Teymurləng, çünki Fatehlikdə ruhaniyyat yoxdur, insaniyyat yoxdur; Qorxutmaq, Sarsıtmaq əzəmətində qüdrət yoxdur; Zor İşıqdan məhrumdur, Yırtıcılıqda Ucalıq yoxdur; əslində Qələbəsizdir Teymurləng, çünki qələbəsində İnsanilik yoxdur; Zəbt eləyir dünyanı Teymur – ancaq Dünyasızdır, çünki Dünyasında İnsanilik yoxdur; Gücünə baş əydirir Dünyanı – ancaq gücsüzdür, çünki gücündə İnsanilik yoxdur, Dəhşət törədəndir – barsızdır, […]
ASIF ATA NOVRUZLUĞUMUZ
(Fəlsəfi-bədii məqam) I Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz. Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək!




