Xəbərlər

“Babəki verən xalqın özünü balaca sayması günahdır” (Babəkin edam olunmasının 1184-cü ildönümü qarşısında)

(14 mart Böyük Babəkin edam olunduğu gündür)  Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaş­larımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir […]

Xəbərlər

Asif Ata. BABƏKLİYİMİZ – XÜRRƏMDİNLİYİMİZ (Babəkin edam olunmasının 1184-cü ildönümüdür)

I. Fərəh İnamı  Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq – İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır. Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək diləyir, – […]

Xəbərlər

Soylu Atalı. Babək Özgürlük simgəmizdir (14 mart 838-ci ildə, Samirədə, Babək amansızcasına edam olunmuşdur)

(Babək Günü ilə bağlı toplantıda çıxışdan)  Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]

Xəbərlər

Qutsal “İnsanilik” Bayramının Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq İlsırasının 44-cü ili Qutsal “İnsanilik” Bayramının Gediş Yazısı İlsıra: 15 Günəş Ayı; Çağ: saat 15.00 Hazırlığa sorumlu Nurtəkinlə Göytəkin Atalıdır. Ocaq quralları yerinə yetirilir. Ocaq Yükümlüsü Soylu Atalının Bayram Sözü dinlənilir. Bayram Qonusu: Ömür insaniləşdikcə dəyərlənir! İnsani dəyərlər milliləşdikcə millət ölümsüzləşir. Bayram üstə ruhsal bağışlanmalar Ocağa sunulur. “İnsanilik Şərqisi”ni […]

Xəbərlər

Soylu Atalı Təklərin Doğması

  Dövrün, zamanın tikdiyi möhtəşəm saraylar – içində böyütdüyü bəşər övladının səmtini necə bəlirlədi?! Yolunu haralardan saldı?! Biz bunları tarix səhifələrindən oxusaq da, ürəyimizdə işıq, ağlımızda təpər yarada biləcək səbəb tapmırıq. Çünkü bəşər övladının yaşamı gözlərimizin önündə qaralmalardan başqa bir şey canlandırmır. Çünkü İnsanlığın gözəlliyi tarixdə özünə yer tapa bilmir. Təklərin varlığına yazılmaqla zamanlardan yüksəyə […]

Xəbərlər

Göytəkin Atalı Qanunun Yanlışları

  (V.Hüqonun “Səfillər” əsərinə yönəlik düşündüklərim)   Viktor Hüqonun “Səfillər” əsərini oxudum. Zaman-zaman yaşanan, bu günümüzdə də davam edən İnsanlıq sorunlarını əsərin qəhrəmanlarının yaşantılarında aydın bir şəkildə izləyirik. Həyatın zorluqları qarşısında insan necə yaşamalı, mənəviyyatını qurmaq, onu qorumaq üçün nələrə dözməlidir?! Cəmiyyətin insana yanaşma tərzi – insanın insana münasibətindən doğan çatışmazlıqlarla formalaşır. Nədən insanlar bir-birinə qənim […]