Əqidəyə xidmət edirsən, ancaq əqidəsizsən, çünki ona inanmırsan, ağlınla, duyğularınla ona bağlanmırsan – ona riayət edirsən! Çünki hamı ona tapınır. Hamıdan yapışırsan, hamılaşırsan, çünki özün ola bilmirsən, özün olmaq istəmirsən, özün olmağının zəhmi səni basır, hamıyla bir olursan ki, özün olmayasan!İnama xidmət edirsən, ancaq inamsızsan, çünki İnamı ağlında, qəlbində yaşatmırsan, ona tabe olursan. Hamıdan yapışırsan, hamılaşırsan, […]
Author: AAO
Qutsal “Ailə Günü” Törəni
Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 47-ci ildə (fevral, 2026) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ailə Günü” Törənini keçirdi. Törən qurallarından sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. Asif Atanın – İnam Atanın, Mütləqə İnam Ocağının 47-ci ilinin sonuncu törəni – Qutsal Ailə Günü törəni həyata keçirilir. Ocaqda […]
Soylu Ata. Dəyişmədən Yenilik olmur
…İnsan yeniliyə can atır. Ancaq bu yenilik nədir, onu necə anlayır, necə qəbul edir, – bu çox ilginc bir məsələdir. İnsan həmişə real dünyadan uzaqlaşmağa can atır, çünkü real dünya ona əzablı gəlir, çətin görünür, bəsit, adi bilinir. Bəs o, real dünyadan hansı dünyaya can atır. Bu canatma insanın gerçək yerişinə, reallığına uyğun gəlirmi?! Göyel […]
“Ruhsal Səfər Günü” Törəni
Ocaq Günsırası ilə 27 Sərt Ayı, 47-ci ildə (dekabr, 2025) Asif Atanın Mütləqə İnam Ocağı “Ruhsal Səfər Günü” Törənini həyata keçirdi. Törən qurallarından sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə edərək sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. Ruhani Səfər Günümüz 8-ci ildə elan olunub, 39 ildir ki, Ruhani Səfər Günü mərasimi həyata keçirilir. Bu mərasim Ocağın […]
Asif Ata. Mütləqsizlik
Dünya var, həm də yoxdur, çünki dünyada yalnız nisbini görürsən, Mütləqi görmürsən, dünyanın dünyadan böyük mənası sənə yaddır, bü səbəbdən də əslində dünyasızsan!İnsanlısan, həm də insansızsan, çünki insanda yalnız nisbini, keçicini, ölümlünü görürsən, Mütləqi, sonsuzu, əbədini görmürsən, insanın insandan böyük mənası sənə yaddır!Vətənlisən, həm də Vətənsizsən, çünki Vətəndə nisbini görürsən, nisbinin arxasında duran Mütləq mahiyyəti […]
Soylu Atalı – Ocaqda 35 İl
(Ruhani ömür hesabatı) Ocaq Günsırası ilə 18 Qar Ayı, 47-ci ildə (yanvar, 2026) Soylu Atalı – Ocaqda 35 il Ruhani ömür hesabatı törəni keçirildi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə edərək sözünə başladı: Ürəyinizdə Ata Günəşi olsun! Zəhmət çəkib bu soyuq havada gəlmisiniz. Bu, mənə, Ocağa dəyər verməkdir. Çünkü bu gün mənim üçün özəl bir […]







