Xəbərlər

Asif Atanın (İnam Atanın) gömüldüyü (İlk Torpaqda) “Amal Bağı”nda Soylu Atalının Ziyarət sözü

 Bu gün biz Asif Atanın gömüldüyü ilk torpağı – “Amal Bağı”nı ziyarət edirik. Əslində xalqın gələcəyini ziyarət edirik. Asif Atanın üz qoyduğu torpaq vətəndir, Asif Atanın üz qoyduğu torpaq dəyərdir. Xalqı xalq eləyən Vətən dəyəridir. Asif Ata yeni bəşər halı yaradan, həyata ruhani nizam gətirən böyük bir dünyabaxış sistemi verib xalqımıza. Böyük bir həqiqət tələbi […]

Xəbərlər

Güntay Atalı. “Ev görüşü”, ya da Fikir Evi

Ocağa gəldiyim ilk günlərdən İnamın xalqa verilməsinin yollarını düşünürdüm. Təbii ki, Ocağın xalqlaşma ölçüsü, üsulu Atanın özü tərəfindən müəyyən edilib və illərlə bu əməl həyata keçirilir. Mən də öz tərəfimdən yeni ruhani təşəbbüslərdə bulunmaq üçün yollar axtararaq əməllər həyata keçirməyə çalışmışam. Özüm üçün bu təşəbbüslərdən ən optimal olanı Ocaq Yükümlüsü Soylu Atalı ilə evimizdə görüş […]

Xəbərlər

Soylu Atalı. Azərbaycan çıxarların hədəfi olmamalıdır

 Biz Türkiyəni sevirik, Türkiyənin yanındayıq, Türkiyəni də yanımızda bilirik. Ancaq bu yanaşma istər Türkiyə hakimiyyətinin, istər Azərbaycan hakimiyyətinin zərərli addımlarını, yanlışlarını deməməyə səbəb vermir, hansısa gərgin durumun olmasından, yaranmasından asılı olmayaraq. Türkiyə Azərbaycan münasibətləri olduqca həssas, önəmli bir məsələdir. Nə yazıqlar ki, bu gün Türkiyənin da başında, Azərbaycanın da başında türklüyə gərək olmayan, özgür olmayan, […]

Xəbərlər

Göytəkin Atalı. Məni yaşadan Yol (Özüylədöyüş üstə düşüncələrim)

 İnama tapındığım gündən içimdə duyğular aşıb-daşır. Çox tez-tez belə oluram. Bu bir sevincmi, fərəhmi, bir enerjimi, bilmirəm. Sanki harasa tələsirəm, uçuram. Hər nədirsə içimi titrədir, hər nədirsə gözəl bir həyəcan gətirir, hər nədirsə məni yerimdə – indidə qalmağa qoymur. Çəkir məni harasa. Çəkdiyi yer başqa aləmdir, o nədir, haradır dərk etməyə çalışıram. Kitab oxuyub düşünəndə […]

Xəbərlər

Asif Ata. MÜTLƏQ FƏLSƏFƏSİ (“Olan və Olmayan” kitabından)

Din – Mütləqi uydurur. Dünyanı yaradan, insan taleyini müəyyən edən Allah – Yalandır. İdealizm – Mütləqi Əqliyyətlə eyniləşdirir, əslində isə Əqliyyət Mütləq deyil, çünki Ruha, Əbədiyə, Sonsuza, Kamilə bərabər deyil. Panteizm – Təbiəti Mütləqləşdirir; ancaq Təbiət Mütləqin özü yox, Təzahürüdür. Materializm – Mütləqi görmür, Təzahürü – yəni nisbini, keçicini, sonlunu, qeyri-kamili görür. Mütləqi yalnız Ruhani İdrak dərk etməyə qadirdir. […]