Xəbərlər
Soylu Atalı. Psixologiya insanı yanlış qiymətləndirir
Bu çağa kimi insan haqqında başqa-başqa fikirlər, ideyalar ortaya qoyulubdur. Ancaq bununla belə, insan ən çox bilimin (elmin) subyekti kimi araşdırılıb, bilimin baxışları altında da qiymətləndirilib. Bu halda insanın ruhani mahiyyət daşıması elə də böyük önəm daşımayıb. Sonucda insana yiyə durmaq yerinə onu yönəltmək (idarə etmək) haqqında düşünüblər. İnsan küçümsənilib, suçlandırılıb – basqı altında saxlanılıb. […]
Xəlqilik Bayramı
Ocaq Günsırası ilə 13 Şölə Ayında Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramı keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Günaydın deyirəm hər birinizə. Ölkədə sərt karantin rejimi olduğuna görə bu tədbirimizi konfrans proqramı üzərindən keçirmək zorundayıq. Bir sıra yaxınlarımız bu proqramı yükləyə bilmədiklərinə görə, bəzilərində alınmadığına görə qatıla bilmədilər. Bugünkü […]
Ocaqda yeni kitab çapdan çıxdı
Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu günlərdə Asif Ata Ocağının yeni bir kitabı çapdan çıxdı. Göytəkin Atalının “Qaranlıqdan İşığa” adlı bu kitabını onun ömür yolunu bəlirləyən mənəvi axtarışlarının sonucu saymaq olar. Kitabın mətni, məzmunu bütünlüklə suallardan, cavablardan oluşubdur. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ilə telefon bağlantıları onun ömründə dönüş yaratmış, düşüncələrində yaranmış çoxsaylı suallara […]
Ocağa yeni Evlad qəbul olunmuşdur
Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bölgəyə səfəri zamanı Ocağa yeni Evlad qəbul eləmişdir. Artıq üç aydırTeyyubova Şəfa Ocaqdan Göytəkin adını alaraq Asif Atanın ruhani hərəkatına qoşulmuşdur. Bu səfərdə Ocaq qurallarına uyğun olaraq qəbul törəni keçirilmiş, onun Ocaqçılığı təsdiq olunmuşdur (Evladlıq Nişanəsi özünə təqdim edilmişdir). Uğurlar, Başarılar diləyirik! Ocağımıza xoş gəldin!
Yeni Ocaq səfərləri
Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşı Günev Atalı ilə bölgələrə səfər etmişdir. Amaldaşları Bilən Atalının təşkilatçılığı ilə bir neçə görüş keçirmişlər. Görüşlərdə Asif Atanın işi, ideyaları, Ocağı haqqında bilgilər verilmiş, insanlarımızda ciddi maraq oyatmışlar. Eləcə də, Yurdumuzda, dünyada baş verən olaylarla bağlı Ocaq açısından baxışlar sərgilənmişdir. Görüşə qatılanlara Ocaq ədəbiyyatları bağışlanmışdır.






