Ocaq Günsırası ilə 13 Şölə Ayı, 41-ci ildə (iyun, 2019) Asif Ata Ocağı qutsal “Xəlqilik” Bayramını keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal “Xəlqilik” Bayramımızda Ata hüzurunda söz deyirik. Ölənlərimiz – Sabahlı, Bağban, Amaltayı bizimlədir, onların adlarını anırıq. Bu “Gün”ün anlamı haqqında ötənlərdə zaman-zaman söz demişik. […]
Müqəddəsliyə tapınmaq nəşəsi, İdrak nəşəsi, analıq nəşəsi, cəngavərlik nəşəsi, təbiətə qovuşmaq nəşəsi, ehtizaz nəşəsi, özündənkeçmə nəşəsi, vətənsevərlik nəşəsi, qələbə nəşəsi, özüylədöyüş nəşəsi, ruhani paklıq nəşəsi, gənclik nəşəsi, eybəcərliyə nifrət nəşəsi, şərlə dava nəşəsi, xoş xəbər nəşəsi, gözəlliyə heyranlıq nəşəsi, xalqsevərlik nəşəsi, ucalığa can atmaq nəşəsi, ucalıqda yaşamaq nəşəsi, ilk addım, ilk söz, ilk görüş, ilk […]
Mütləqsizlik. İnamsızlıq. Sabahsızlıq.Köləliyə alışmaq. Kölgəliyə alışmaq.Sürünmək aqibəti. Sürülmək aqibəti.Əsarət fərəhi. Ətalət fərəhi.Minüzlülük. Dargözlülük. İlqarsızlıq.Satılmaq və yaşamaq. Satmaq və yaşamaq.Aldanmaq və yaşamaq. Aldatmaq və yaşamaq.Daşlaşmaq və yaşamaq. Otlaşmaq və yaşamaq.Riyanı sevmək. Fitnəni sevmək.Erkəkləşmə aqibəti. Dişiləşmə aqibəti.Eyniləşmə aqibəti. Süniləşmə aqibəti.Müqəddəsdən ayrılmaq. Ülvi səsdən ayrılmaq.Gözəlliyə qıymaq. Körpəliyə qıymaq.İlkinliyə qıymaq. Məsumluğa qıymaq.Oyuncaq qüdrət. Oyuncaq səadət.Zalım ədalət. Sadiq xəyanət. Zəngin […]