Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 48-ci ili
Qutsal “Şərqilik” Bayramının Gediş Yazısı
Yer: İnam Evi;
Gün: 12 Ata Ayı;
Başlanır: 15:00.
- Bayramın hazırlıq işlərinə Nurtəkin, Göynur Atalılar sorumludur.
- “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsi ilə Bayram törəni başlayır.
“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Nurtəkin, “Ataya Günorta Ricası”nı – İnamlı Atalılar deyir.
Ocaq Yükümlüsü Soylu Atalının Bayrama açılış sözü dinlənilir.
Bayram qonuları:
- Doğu dəyərləri hansı yöndən yaşadılmalı və sabaha ötürülməlidir?
- Dəyərlərimizin yaşadılması, sabaha ötürülməsində yaranan çətinliklər.
“Şərqilik Şərqisi”ni – Soylu Atalı, “Şərqilik Bayramı üstə Mütləqlə Təması” – Göytəkin Atalı deyir.
Ocaq Yükümlüsü Ata sözünü çatdırır: “Şərqləşin – Şərqləşdirin!”
Hamı: “Şərqə and olsun, Şərqiliyə qulluq edəcəyəm!” – deyir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” Səcdəsiylə Bayram törəni başa çatır.
Günün Carı:
Qurtuluş Yolu – İnsani Dəyərləri qorumaq, yaşatmaq!
Gediş yazısını yazdı: Göytəkin Atalı.
6 Ata Ayı, 48-ci il. Göyçay.
Qəbul olunur.
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
6 Ata Ayı, 48-ci il. Saray-Soylu.




