Ocaq Günsırası ilə 20 Xəzan Ayı, 46-cı ildə (oktyabr, 2024) “Uluyol-Hünər” Ailəsi “Ailə Günü” Törəni keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Ay içində oxuduqlarım, araşdırdıqlarım olub. Onları sizinlə bölüşmək istəyirəm. Həyatla görüş, həyatı anlamaq bəzən kədər yaradır insanda. Bu günümüzdə adamların etdikləri, dünyanın durumu, millətin durumu […]
Soylu Atalı. Dəyişiklik istəyi sorumluluq deməkdir
İnsanda daim dəyişmək, dəyişiklik etmək meyli yaşayır. Hesab eləmək olar ki, bu, olanaqda olan gəlişmə tələbindən irəli gəlir. Ancaq insanın bütün hallarda atdığı addım gəlişmə ilə sonuclanmır, geriləmələr də baş verir. Bu ona görə olur ki, olanaqda yaşayan gəlişmə tələbini insan tanıya, dərk edə bilmir. Bu halda insanın əməlləri Tələb yönündə yox, bilməzlik yönündə gerçəkləşə […]
Qutsal “Bəşərilik” Bayramı
Ocaq Günsırası ilə 12 Sərt Ayı, 46-cı ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Bəşərilik” Bayramını keçirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Sizin hər birinizi bu gün münasibətilə qutlayıram, hər birinizə Ocaq yönündən uğurlar, başarlar diləyirəm. Bayramımızın məğzi ilə bağlı düşündüklərimizi dilə gətirməliyik. Hər bir toplantının özünə […]
Soylu Atalı. Dəyərlərimizi kölgələyənlərə dur deyək
Nəsimi Nəimini 1394-cü ildə tapdı, 1395-ci ildə Nəimi öldürüldü. Aşağı-yuxarı bir il birgə oldular. O çağa qədər Nəsimi sufi idi. Sufi yönlü olmasını onun yaradıcılığının ayrı-ayrı örnəklərində də izləmək olur. 1394-dən 1417-ci ilə qədər, yəni öldürüldüyü (dərisi soyulduğu) günə kimi, Nəsiminin yaradıcılığının bütün örnəkləri Hürufilik təliminin mahiyyətinə yönəlikdir. Belə götürəndə, onun Nəimiyə qədərki yaradıcılığı da […]
Qutsal “İnam Evi Günü” Törəni
Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Yağış Ayı, 46-cı ildə (noyabr,2024) Qutsal “İnam Evi Günü” törənini gerçəkləşdirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: İnam Evi Günü ilə bağlı düşüncələrimizi bölüşək. Əslində çağımıza qədər İnam Evi Günü deyə bir məzmun olmayıb. Belə götürəndə, […]
Asif Ata. İnsan Sığmazlığı
Ölüm ölümə sığmır. Arzu ömürə sığmır.Zəka ağıla sığmır. Duyğu ürəyə sığmır.Günlər illərə sığmır. Heyrət hörmətə sığmır.Səcdə izzətə sığmır.Siqlət xislətə sığmır.Qanad göylərə sığmır.Ayaq yerlərə sığmır.Məslək həvəsə sığmır.Qeyrət qorxuya sığmır.Məna sözlərə sığmır.Fikir yazıya sığmır.Hicran kədərə sığmır.Vüsal sevincə sığmır.Dahi zamana sığmır.İgid cürətə sığmır.Ölmək şöhrətə sığmır.Xəyal gerçəyə sığmır.Hünər zəfərə sığmır.Ehtizaz hissə sığmır.Vicdan ölçüyə sığmır.Cürət zindana sığmır.Ehtişama sığmayan möhtəşəmlik.Dəbdəbəyə sığmayan […]







