İkinci Qarabağ savaşı 2020-ci ilin noyabrında başa çatmış sayıldı. Ancaq biz onda yazdıq ki, Qarabağ sorunu hələ çözülməyib. Baxın, üstündən 5 il keçir, hələ də “barış bağlaşması” (sülh sazişi) ortada yoxdur. Düşünürük ki, olmayacaq da. Bizi yüzil öncə çözülməsi zor olan bir oyunun içinə soxublar. Torpaqlarımızda Ermənistan dövləti yaratmaqla bizi onun varlığı ilə barışmağa zorlayıblar. […]
Ölügötürmənin milli yönü
Ürəyinizdə Günəş olsun sayğılı soydaşlarımız.Uzun çağlar xəstəlikdən sonra Amaldaşımız Ulusəs xanımın bacısı Nəsibə xanım aramızdan getdi. Buna görə Mütləqə İnam Ocağı Ulusəs xanıma, Nəriman bəyə, Polad bəyə, eləcə də bütün başqa yaxınlarına dərin hüznlə başsağlığı verir. Nəsibə xanım Ocağa bağlı idi. Onu Ocağa bacısı Ulusəs yönləndirmişdi. Bir neçə yol Ocaq toplantılarına qatıldıqdan sonra Asif Atanın […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı ünlü folklorşünas Elxan Məmmədlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. İnsan Mahiyyəti
İnsan göründüyündən çox, görünməyəndir, zahirdəkindən çox, batindəkidir. Zahirdəki, biçimdəki sonlu, ölümlü – insanın mahiyyətindən aşağı gerçək mövcudluqdur.Batindəki, mənadakı, əbədilikdəki, kamillikdəki – insanın mahiyyətidir.İnsanın mövcudluğu həmişə ruhani olmasa da, mahiyyəti həmişə ruhanidir.İnsanın mövcudluğu, adi gerçəkliyi onun mahiyyətinə bərabər deyil. Bu səbəbdən də insan ziddiyyətlidir.Mahiyyət ruhanidir, buna görə də insan ölməzdir. İnsanın ruhani mənası əbədidir. Çünki həmin […]
Soylu Atalı. Babək Özgürlük simgəmizdir
(Babək Günü ilə bağlı toplantıda çıxışdan) Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]
Babəki verən xalqın özünü balaca sayması günahdır
(Bu gün – 14 mart Böyük Babəkin öldürülməsindən 1187 il ötür) Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəminin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya […]







