Ocaqda hər bir ünsiyyət doğmalaşmaqdır;
Eyni halda milli şüurun inkişaf yollarını birgə aramaq və ona təkan verməkdir;
Hər görüşdə paylaşırıq düşüncələrimizi, duyğularımızı, ağrılarımızı;
Yol açmaqdır çıxılmazlıqlara.
Birləşməkdir, möh-kəmlənməkdir bu yolda. Birləşirik kədərdə, qayğıda, ümiddə;.
Çünkü birləşməsən çıxa bilməzsən əsrlərin yükünə çevrilən problemlərdən;
Yollar ideya ilə başlayır, düşüncələrlə, əməllərlə davam edir;
(Bu gün çox şeylər imkansız görünə bilər);
Ancaq probləmi ilk növbədə ağılda, düşüncədə həll etmək gərəkdir;
Daxildə həllini tapanı həyata keçirməklə zaman-zaman böyük niyyətləri gerçəkləşdirmək mümkündür;
Bu baxımdan Ocaq tədbirləri, görüşləri çox önəmlidir;
Hər bir Ocaq tədbirində Atadan, Ocaqçılardan nə qədər bəhrələndiyimi hiss edirəm;
Təzələnirəm, köklənirəm, ümidlənirəm;
Soylu Atalıyla hər görüşdə bölüşürük bu qayğıları, düşüncələri;
Eləcə də Ocaq dostları ilə;
Evlərə gedir ideya, düşüncə, əməl;
Elə bu günlərdə Ocaqdostu Ağşın Ağkəmərlinin evində Ata Sözünə bağlandıq;
Ağşın bəy Asif Atanın ideyalarında Azərbaycanın sabahını görə bilir və hər görüşündə bunu dilə gətirir;
Övladlarını Ocaq tədbirlərinə gətirir ki, Ocaq ruhunda böyüsünlər;
Biz Ağşın bəyin evində çox qayğılardan bəhs etdik
Doğmalaşdıq yenə də qayğılarımıza, ağrılarımıza;
Ümidlərimizi bölüşdük, bugünümüzü araşdırdıq;
Günümüz Amal halına köklənmişdi;
Ailələrin Ocaqlaşması yönündə ünsiyyətlərimizi davamlı etməyi qərara aldıq;
Çünkü Milli Varlığımız özümüzdən başlayır;
evimizdən başlayır;
Atamız Var olsun!
(arxiv)



