Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün dünyanı bürüyən haqsızlıq, ədalətsizlik ayrı-ayrı ölkələrdə insanların varlığını, həyatını fərqli və oxşar biçimlərdə təhdid etməkdədir. Fərqli biçim insanların ideoloji mübarizələrinə görədir, oxşar biçim isə insanlığı basqı altına alan Quruluşun bütün dünyada eyni xarakterdə olmasına görədir.
MİLLİ YAS GÜNÜ 28 Aprel 1920-ci il – Milli Azərbaycan Dövlətinin beynəlmiləlçi şərçilər tərəfindən devrilməsi.
Yeni törənlərin yaranması Asif Ata Ocaq Bayramlarının məzmununu və anlamını yazsa da, onun sağlığında bu bayramlar keçirilməmişdi. 20-ci ildən başlayaraq, Soylu Atalının yazdığı ideya-təşəbbüsü əsasında ilk dəfə “İnsanilik” Bayramı Ceyranbatan gölünün qırağındakı meşə zolağında – təbiət qoynunda keçirildi. Bayram öncəsi tonqal yandırıldı, tonqal yörəsində söz deyildi. Sonra gedişə uyğun olaraq, Ocaqçılar və Ocaq dostları Bayram […]