Asif Atanın –İnam Atanın Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Ocaq Günsırası ilə 13 Şölə Ayı, 36-cı ildə (iyun, 2014) Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramı keçirdi. Bayram Quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Bu gün Xəlqilik üstə söhbət edəcəyik.
I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar.İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.