Xəbərlər

Asif Ata Mütləq

Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə, İd­rak­da, Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində, Bəşərin Özündən Böyük Mənasında, Ürəyin Ürəyə Qovuşmaq Arzusunda, İdeala qarşısıalınmaz Meyildə, Dost­luq­da, Həyada, İsmətdə, Dünənlə Bugünün Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin Əfsunlu  Cazibə­darlığında Əbədi, Sonsuz Mütləq yaşayır. Mənim Allahım Odur! Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan Yüksək və Kamil olan Mütləq! […]

Xəbərlər

Soylu Atalı Zelenskini suçlayanlara

İstənilən olay kimi, Rusiya-Ukrayna savaşı da, dünyada da, bizim toplumumuzda da fərqli baxışlar ortaya çıxarıb. Hər bir baxış yiyəsi də öz baxışını ədalətli sayır. Bu da doğaldır, kimsə baxış sərgiləyirsə, baxışını haqlı saymalıdır. Bir kəsim deyir, Ukraynanın dövlət başçısı Batının oyununa gəldi, ara yerdə Ukrayna xalqı fəlakətlərlə üz-üzə qaldı. Bir kəsim deyir, Ukraynanın başqa yolu […]

Xəbərlər

Soylu Atalı Narahat taleyin ümid axtarışı

 Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə! Narahat taleyin ümid axtarışı (Ernest Hemunqueyin “Qoca və Dəniz” əsəri üstə düşüncələr) Bəşəriyyət yaradıcı olduğu halda, yaradıcılığı fövqəltəbii qüvvələrin işi hesab elədi. Bəşər övladı kainatın ahəngini seyr elədikcə ağlının məhdud olduğunu düşündü və düşündükcə bu ona əzab verdi. Sarsıldı, çaşdı, qorxdu – özünü küçümsədi. […]

Xəbərlər

Qutsal “İnsanilik” Bayramı

Ocaq Günsırası ilə 15 Günəş Ayı, 44-cü ildə (mart, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “İnsanilik” Bayramını gerçəkləşdirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal  Günümüzə başlayırıq. Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı  “İnsanilik” Bayramını gerçəkləşdirir. Bayramın mərasim hissəsi var, bədii hissəsi var. Mərasim […]

Xəbərlər

Asif Ata Milli Hökumətin Devrilməsi

Asif Ata: (Üzünü zala tutub) Ürəyinizdə Günəş Olsun! Onda ən soyuq havada belə üşüməzsiniz. Azərbaycanlılar dünyanın arxasına düşəndə uçuruma düşdülər. Azərbaycan dünyanın əks-sədası olanda səsi batdı. Azərbaycan dünya adlanan dairəyə düşəndə çıxa bilmədi. Azərbaycanlılar özümlü olmayanda özgələşdilər. XX əsrdə dünya Rusiya idi və dün­ya Avropa idi. Avropadan səs gəlirdi, Şərqdə əks-səda verirdi. Şərqin fəlakəti onda […]