Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ata-Ocaq Günsırasının 44-cü ili Qutsal “Xəlqilik” Bayramının Gediş Yazısı Yer: Günev Atalının evi (Biləcəri); Gün: 13 Şölə Ayı; Başlanır: saat 15:00 Bayramın hazırlıq işlərinə sorumlu Göylü, Nurtəkin Atalılardır. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Günev, “Ataya Günorta Ricası”nı – İnamlı deyir. Ocaq Yükümlüsü Soylu Atalının Bayrama giriş sözü dinlənilir. Bayram […]
Author: AAO
Asif Atanın (İnam Atanın) ölümünün 25 illiyi qarşısında
Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız. Bu gün böyük Azərbaycan filosofu, Mütləqə İnam Dünyabaxışının yaradıcısı Asif Atanın ölümündən 25 il ötdü. Bu il də, hər il olduğu kimi, Asif Ata Ocağının Evladları, eləcə də, Ocaqsevərlər Ağstafa sonevliyində Asif Atanın sonevini (qəbrini) ziyarət etmişlər. Onun ideyası, düşüncə yönü ilə bağlı söz deyilmiş, ”Anım törəninin quralları” yerinə yetirilmişdir. […]
Asif Ata. 28 May
XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu. Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı. Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı. Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, […]
Asif Atayla Görüş (90-cı illərdə)
(Kamançanın ifasında Ata “Doğmalarıma” izharını oxuyur, sonda alqışlar). Xarici gözlə baxanda Azərbaycan balaca görünür. Daxili gözlə baxmaq lazımdır Azərbaycana. Heç bir mənanı xarici gözlə görmək olmaz, Mənanı yalnız daxili gözlə görmək olar. Daxili gözlə baxanda Azərbaycan böyük görünür.
Asif Ata Cəmiyyətlə Görüş
İnsan başqaları ilə birgə yaşamağa can atdı: o, kiminsə əlindən tutmalıydı, kiməsə həmdəm olmalıydı, həm də öz gücünü artırmalıydı.İnsan belə hesab edirdi ki, cəmiyyətdə onun ruhani qüdrəti daha parlaq şəkildə meydana çıxacaq. Bir sözlə, insan cəmə qovuşdu, cəmin içindən özünə başçı seçdi, onu fərqləndirdi, yüksəltdi. Ona inandı. Hamılıqla təbiət üzərində qələbə çaldılar, dünyaya sahib oldular. […]





