Xəbərlər

Soylu Atalı. Türk dövlətlərinin birgə hərəkət qaçılmazlığı

Bəşəriyyət Orta Doğunun timsalında ağlamalı günlərini yaşayır. İnsanlar qan içində çabalayır, yaşlılar, qadınlar, körpələr fəryad qoparır. Tükənməyən qırğınlar, tükənməyən dağıntılar böyük məqsədlərə qatılır. Dünyaya demokratiya yayılır – qırğınlar, vəhşətlər, nifrətlər, düşmənçiliklər biçimində. Dünyanı “ağ günə” çıxartmaq yönündə “Ağ evdə” planlar tutulur, əməllər becərilir. Tapıldığı (kəşf olunduğu) gündən yalnız qətllər, qırğınlar, terrorlar hazırlanır, yetirilir Amerika qitəsində. […]

Xəbərlər

Güney Azərbaycan bölgə hadisələri fonunda

Göylü Atalı: Ürəyinizdə Günəş Olsun! Bu gün İran dövlətinin yörəsində gedən proseslər Güney Azərbaycanın taleyinə birbaşa etki göstərir. O Tay, Bu Tay Azərbaycana siyasi və mənəvi basqılar da artır. Bu nə ilə bağlıdır?! Bu suala cavab al­maq üçün əslən Təbrizli Ağşın Ağkəmərlinin, Abil Ulusoyun, müxalif düşərgədə tanınmış aydın Xaliq Bahadırın və Mütləqə İnam Ocağının Yükümlüsü […]

Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh”Ailəsinin 38-cı ildə IV “Ailə Günü”nün Gediş Yazısı

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı  “Uluyol-Hünər” və “Ulufərəh”Ailəsinin 38-cı ildə IV “Ailə Günü”nün Gediş Yazısı Gün: 26 Şölə Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: 17.00 Oda Mərasimin ruhuna doğma biçimdə hazırlanır. Təşkilatca işlərə sorumlu Üstün Atalıdır. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır.

Xəbərlər

Aktyor evindəki görüşdən sonra ədəbiyyat tənqidçiliyi ilə bağlı Asif Atadan radio üçün  götürülmüş müsahibə

Aparıcı: Hörmətli tamaşaçılar, indi sizə təqdim edəcəyim müsahi­bimi ədəbiyyat həvəskarları yaxşı tanıyır. Yaxşı tanıyır o mənada ki, vaxt vardı 60-cı illərin axırından 70-ci illərin ortalarına qədər bu tanınmış tənqidçi-filosof jurnallarımızın, qəzetlərimizin səhifəsində Azərbaycan ədəbiyyatı haqqında, Azərbaycan mədəniyyəti haqqında fəlsəfi fikirlə, fəlsəfi fikir dərinliyi ilə müdrik sözlər deyirdi və öz poeziyasını, öz ədəbi qiymətvermə meyarlarından bacarıqca […]

Xəbərlər

“Ruhsal Evlad Günü” törənində deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı  “Ruhsal Evlad Günü” törənində deyilmiş fikirlər Ocaq Günsırası ilə 1 Şölə Ayı, 38-ci ildə (iyun, 2016) İnam Evində “Ruhsal Evlad Günü” törəni keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edərək sözə başladı: Evlad Günü mərasimində ölənlərimizi anırıq – Sabahlı, Amaltay, Bağban bizimlədir […]

Xəbərlər

Nurtəkin Atalı. 20 illik Ocaq yaşım

Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə sözümə başlayıram. Yəqin ki, Ocağa gələndə düşünməzdim ki, bu gün də gəlib çıxacaq, 20 illiyimi qeyd edəcəm. O zamanlar bunu görə də bilməzdim. Çünkü ciddi olaraq hara gəldiyimin fərqində deyildim. Ataya heyrət, belə bir zamanda Ata kimi şəxsiyyəti gördüyümə yönəlik fərəh duyğusu, Ocaq […]