Cəmiyyət – İnsan yaratmır, yarada bilmir, yaratmaq istəmir. İnsaniliyi Qanunlarla əvəz eləmək istəyir.Cəza – Ləyaqət əvəzi olur; qəbahət ölmür, yaşayır və cinayət yaradır; adamlıq, nisbilik dəyişməz qalır, cəza adamları cinayətdən çəkindirir, ancaq cinayəti öldürmür, cinayət yaşayır və təzə cinayətkarlıq peyda olur. Adam İnsan olmur – bu səbəbdən də Həyat dəyişmir. Adam İnsan olmayınca cinayət ölmür, […]
Xəbərlər
Soylu Atalı. Quruculuq Yönü
Ürəyinizdə Ata Günəşi olsun, sevimli Amaldaşlarım. Düşündüyüm önəmli bir məsələni sizinlə paylaşmaq istəyirəm. Bizim qəhrəmanlıq dastanlarımız var. Deyək, Koroğlu, Dədə Qorqud boyları filan. Dastanlarımızda qəhrəmanların sözü, buyruğu çək-çevir (mühakimə) olunmur. Mən bunu təkcə elə keçmişdəki qəhrəmanların buyruğu, davranışı ilə bağlamaq da istəmirəm. Bu bir örnək məsələdir. Elə çağımıza da özgün edirəm. Üç məsələ var, daha […]
Asif Ata. Ehkam Dairəsi (“Dairələr” əsərindən)
“Varlıq Şüuru müəyyən edir”. Ehkam Müddəası. Keçicilik, Nisbilik timsalı olan Varlıqda – Əbədiliyi, Əzəliliyi, Mütləqiliyi təmsil eləyən Şüur nə etsin? – Nisbiliyə, Keçiciliyəmi ensin – Özü olmasınmı? Ehkam Şüuru Varlığa təslim eləyir, Şüur Ehkamda Varlığa qapanıb qalır. İnsaniliyə Zidd, Həqiqətə Zidd, Ədalətə Zidd Varlığı – Varlığa qapanan Şüur necə dəyişsin? Varlıq Şüuru müəyyən edirsə, onda […]
Soylu Atalı. Yanlışlıqmı, Xəyanətmi?!
İllər öncə biz yazı yazmışdım: “Yanlışlıqmı, xəyanətmi?” başlığı altında. İndi bu yazımın adını da elə qoyuram. Dövlət başında duranların, onlara bağlı adamların yanlışlıqları ola bilər. Ancaq bilə-bilə dövlətin, millətin çıxarlarını kölgələmək, vətənin varlığını sarsıdacaq addımlar atmaq yanlışlıq sayıla bilməz. Son günlərin ən aktual qonularından biri, bəlkə də birincisi Azərbaycanın, genel olaraq Qafqazın din yönətim başçısı […]
Göytəkin Atalının Ocağa qəbul törəni
Soylu Atalı (Ataya səcdə ilə sözə başlayır): Qutsal Günümüzə başlayırıq. Ocağa Evlad qəbulu ilə bağlı törən keçiririk. Törəni başlamazdan öncə Ataya səcdə qılıram, bayrağımızı öpürəm. Qürub Ayının 6-sı, 42- ci il Günsıramızda bu törəni gerçəkləşdiririk. Nə baş verir, Ocağa Evlad qəbulu nə deməkdir?! Qısaca bununla bağlı düşüncələrimizi deyək, sonra törəni davam edək. Həmişə Ata deyərdi, […]
Qutsal Xəlqilik Bayramı
Ocaq Günsırası ilə 13 Şölə Ayı, 43-cü ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Xəlqilik” Bayramını keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq – Asif Atanın “Mütləqə İnam” Ocağının Xəlqilik Bayramını keçiririk. Tarix üçün xatırlatmaq istəyirəm: Ocaq bayramları Asif Atanın ölümündən sonra keçirilməyə başlamışdır. […]




