Ocaq Günsırası ilə 12 Ata Ayı, 43-cü ildə (sentyabr 2021) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Şərqilik” Bayramını gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaqda ölənlərimizi Bayram tədbirində özümüzlə sanaq, onların adına ayağa duraq: Sabahlı, Bağban, Amaltay bizimlədir, həmişəlik. Bizim bu gün həyata keçirdiyimiz bayramın özəl bir mənası var. O məna […]
Xəbərlər
Mütləqə İnam Ocağının Xalqlaşma səfərləri
Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız. Asif Atanın Mütləqə İnam Ocağı özünün Xalqlaşma yönündən işlərini davam etdirir. Ocağın Yükümlüsü Soylu Atalı Amaldaşları Günev, Nurtəkin Atalılarla bölgələrə səfər etmiş, İnamlı Atalının təşkilatçılığı ilə (Cəlilabadda) görüşlər keçirmişdir. Görüşdə Ocağın ideyaları, Azərbaycanın ruhsal mahiyyətini ifadə edən dəyərləri haqqında söhbətlər aparılmışdır. Eləcə də, istər Yurdumuzda, istər onun dışında baş verən […]
Göytəkin Atalı. Sevdalı Ürəyin pıçıltıları (Rabindranat Taqora doğma)
*** Sevgi ilə dolu Ürək – Sevginin onda yaratdığı qanadlarla, dünyanın həşirindən çox uzaqlarda, əngin göylərdə uçar. *** İnsan nə yaşadı?! – Çapdı, taladı, öldürdü, dağıtdı. Dünyanın Mənasını, təbiətin gözəlliyini deyil, azğınlığı, eybəcərliyi səslədi içinə. Bunlar insanın ömrünü zəncirlədi, xoşbəxtliyi onun üçün əlçatmaz elədi. Ömründə xoşbəxtlik yaratmadı, dünyada xoşbəxtlik aradı, tapa bimədi. İNSAN ola bilmədi. […]
Soylu Atalı. İşğalın doğurduğu həyat
(Faiq Balabəylinin “Lənətlənmiş həyat” əsərinə yönəlik bir neçə söz) Quruluş, gerilik hər bir xalqın həyatında amansız görsənişlər yaratmışdır. İnsanın insana qarşı davranışlarındakı hər cür dözülməz addımlar, zaman-zaman insan haqqındakı baxışları darmadağın etmişdir. İnsanın insana inamı ortadan qalxmış, birgəyaşayışın tələbləri qarşısında hər kəs, özlüyündə təklənərək, bioloji mövcudluğu uğrunda mübarizə aparmışdır. Bəlkə buna görə insanı özündən qıraqdakı […]
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı
Ocaq Günsırası ilə 29 Qürub Ayı, 43-cü ildə “Uluyol-Hünər” Ata Ailəsi Aylıq “Ailə Günü” Törənini keçirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə düşüncələrini bölüşdü: Ay içində gələnəksəl Ocaq işlərimi görmüşəm. Asif Atanın “Həqiqətlər” adlı Yan Bitiyini çapa hazırlamışıq. Saytla bağlı işlər, tədbirlərin korrektə olunub yayınlanmağa hazırlanması işlərim davam edib. Bu ay içində xalqlaşma çabalarım […]
TÜRK XALQININ STRATEJİ YOLU
Ürəyinizdə Ata Günəşi olsun! Bu günlərdə “Türk Xalqlarının Strateji Yolu” adlı bir yazını oxudum. Soylu Atalının oxumağımız üçün önərdiyi bu yazı tatar türklərinin ideoloji baxışlarını əks etdirir. Yazını Azərbaycan türkcəsinə qiyabi tanıdığım Əlisəfa Mehdi bəy çevirmişdir. Soylu Atalı bu yazıya ciddi önəm vermiş, bu axtarışı millətləşmə yolunun müəyyənliklərindən biri kimi dəyərləndirmişdir. 1997-ci ildə işlənib ortaya […]







