Xəbərlər

Asif Ata GÜNEY AZƏRBAYCAN — İNQİLABLAR MƏSKƏNİ

İnqilab və İntibah – Ata görümündə? ATA: Ürəyinizdə Günəş olsun! Cənubi Azərbaycan, çox möhtəşəm, biri-birini əvəz eləyən, biri-birinin davamı olan inqilablar məskənidir. Heç kəs də həmin inqilabları inkar eləyə bilməz. O inqilablar üçdür: Səttarxan inqilabı, Xiyabani inqilabı və Pişəvərinin rəhbərlik elədiyi inqilabi hərəkat. Ondan əvvəl də dünyada inqilablar olub. Məşhur İngilis inqilabı, İngiltərə inqilabı, daha doğrusu, məşhur […]

Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəninin Gediş Yazısı

Asif Atanın-İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq ilsırasının 44-cü ili“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törənininGediş Yazısı Gün: 31 Od Ayı;Vaxt: 15:00. Təşkilatca sorumlu Göytəkin Atalıdır. Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü”nə uğurlaması dinlənilir. Törən qonuları: Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. Ata sözü: “İnsanın əli özünə çatmayanda Allaha əl uzadır”. “Ata Ruhunu Ürəyimizdə aparırıq!”,“Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” […]

Xəbərlər

ASİF ATA AZƏRBAYCANÇILIQDA CƏNUBİ AZƏRBAYCAN AMİLİ

Ürəyinizdə Günəş olsun!1. Cənubi Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir.Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə – indiki Dünyaya qarşı dura bilən iri ölkə yaranar.İndiki siyasi Dünya dahi tanımır – əhali çoxluğu tanıyır, iqtisadi güc tanıyır, silah tanıyır…Vahid Azərbaycan ölkəsi Dünyəvi Zəbtçiliyə qarşı dayanar, müstəqilliyini qoruya bilər, siyasi Özümlüyünü Təsdiq edər… Siyasi Dünya Nəsimi tanımır, Füzuli tanımır […]

Xəbərlər

Soylu Atalı Gərəkən xatırlatma

Hələ Birinci Dünya Savaşı sonrası, yəni Osmanlının çökməsi ilə Türkiyənin qurulması çağlarında Azərbaycanı Bolşevik Rusiyası işğal etdi. Başqa sözlə, Azərbaycanın işğalından 3 il sonra Türkiyə Cümhuriyyəti quruldu. Bu gün bəzi antitürk ünsürlər iddia edirlər ki, Atatürk Azərbaycanı o çağlar Leninə satdı. Kökündən yalandır, Atatürkə də, türklüyə də böhtandır. Ağır, yoxedici savaşdan zorən qurtulan gənc Türkiyə […]

Xəbərlər

Qutsal “Ruhani İdrak Günü” Törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 25 Çiçək Ayı, 44-cü ildə Qutsal “Ruhani İdrak Günü” Törəni keçirmişdir. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq – “Ruhani İdrak Günü” mərasimini keçiririk. Ocaq mərasimləri Ocağın yüksək Orqanıdır. Ailə Günlərində, başqa tədbirlərdə biz, bütün Ocaqçıların hamısının […]