Dünyada, Həyatda, İnsanda – dünyaya, həyata, insana sığmayan, onlardan yüksək olan, ali, böyük olan, onlarda təzahür edən, nişanələriylə aşkara çıxan, onları böyüdən, yüksəldən Mütləq yaşayır. Dünyada, Həyatda, İnsanda gözəl, kamil, ülvi nə varsa – hamısında Mütləq var. Gözəlliklər, ülviliklər, kamilliklər Mütləqin əlamətləridir. Ancaq dünyada, həyatda, insanda gözəlliklərlə, kamilliklərlə, ülviliklərlə yanaşı, eybəcərliklər, naqisliklər, bəsitliklər də yaşayır. […]
Xəbərlər
Qutsal “İnam Evi Günü” Törəni
Asif Atanın – İnam Atanın Mütləqə İnam OcağıAta-Ocaq ilsırasının 44-cü iliQutsal “İnam Evi Günü” Törəni Ocaq Günsırası ilə 13 Yağış Ayı, 44-cü ildə (noyabr, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “İnam Evi Günü” tədbirini gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Bu gün qutsal günümüzdür, Ocaqda ölənlərimizi anırıq: Sabahlı, Bağban, Amaltay […]
Qutsal “Ailə Günü” Törəninin Gediş Yazısı
Asif Atanın – İnam AtanınMütləqə İnam Ocağı Ata-Ocaq İlsırasının 44-cü ili Qutsal “Ailə Günü” TörənininGediş Yazısı Yer: Günev Atalının evi (Biləcəri qəs.) Gün: 6 Köçəri Ayı, 44-cü il. Başlanır: 15:00 Oda Törənin Ruhuna uyğun hazırlanır. Təşkilatca sorumlu Nurtəkin Atalıdır.Hamı: “Ocaq Ailəsi – Qutsal Kamillik məktəbimiz!” deyir. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı – Göylü, “Ataya Günorta Ricası”nı – Günev, “Ruh üstə” […]
Asif Ata. Türk Ruhu bərqərar olsun!
Söhbətimizi türk ruhundan başlayırıq. Türk ruhunun mahiyyəti, mənası, canı inanclıq deməkdir. Türk ruhu qədər inanc ruh yoxdur, bəlkə almanlarda da bizdən aşağıdır. Lakin bu inanclıqda itaət yoxdur, qismətçilik yoxdur, cənnətçilik, cəhənnəmçilik, xurafat və cəfəngiyyat yoxdur. Türklər Göyə inanıblar, Göyün özünü ilahi varlıq sayıblar. Göy burda islam Göyü deyil, qətiyyən. Burda Allahın taxtı yoxdur, tacı yoxdur. […]
Soylu Atalı. 20 YANVAR DƏRSİ
Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik.Saxtakarlığın fatehliyinə […]
Asif Ata. 20 Yanvar
Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.Balalarımıza güllə atılmalıydı.Qorbaçovşina inciyənlərlə barışmalıydı.Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.Mərkəz də onun dişini qırıb qarnına tökdü.Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı. Cəlilabadlılara atıldı.Naxçıvanlılara atıldı.Lənkəranlılara atıldı.Tətilçilərə atıldı.Gəncə adına atıldı.Xətayi adına atıldı.Balalarımızı ordunun üstünə göndərənlər […]





